204 Suleym ibn Qeys Hilali Mömin, cənnət və cəhənnəm Onlar sanki cənnəti görür və sanki orada saysız-hesabsız nemətlərlə
bəhrələnirlər. Və həmçinin, elə bil cəhənnəmi görür və orada əzab olunurlar.
Qəlbləri qəmlə dolu, (camaat onların) şərindən uzaq, bədənləri arıq, arzu
və istəkləri az və nəfsləri iffətlidir. İslamdakı varlıqları əzəmətlidir.
Bu dünyanın qısa ömrünə səbr edib, bunun ardınca axirətdə uzun müddətli
rahatlıq və asayiş əldə edərlər. Bu, Kərim Rəblərinin onlara qismət etdiyi çox
faydalı bir ticarətdir. Dünya onları (aldatmaq) istədi, amma onlar dünyanı
istəmədilər (aldanmadılar). Dünya onları özünə əsir etmək istədi, amma onlar
çarpışaraq özlərini azad etdilər.
Möminin gecə və gündüzü Gecələri ayaq üstə keçirər, təfəkkür və tədəbbürlə Quranın cüzlərini
(ayələrini) oxuyaraq özlərini qəmgin edər və bununla da dərdlərini müalicə
etməyə çalışarlar. Hüznləri günahlarına və içdəki yaralarına ağlamaqdan
həyəcanlanar. Nə vaxt cənnətə şövq edən bir ayəyə rast gəlsələr həsrətlə ona
bağlanarlar və nəfsləri istəklə ona yönələr. Gözlərinin qarşısında olduğunu
zənn edərlər. Kəmərlərini sıxar, Cabbar və Əzimə tərifl ər söyləyərlər. Alınla-
rını, ovuclarını, dizlərini və ayaqlarının uclarını yerə qoyarlar. Göz yaşları ya-
naqlarından süzülər. Oddan xilas olmaq üçün boyunlarını əyərək Allaha yalva-
rarlar. Hərgah qorxudan bir ayəyə rast gəlsələr qəlblərinin qulaq və gözlərini
ona yönəldərlər. Ondan tükləri ürpərər və ürəkləri qorxu ilə dollar. Cəhənnəmin
səs-küyünü və xırıltısını qulaqlarının önündə zənn edərlər.
Amma gündüzləri həlim, alim və Allaha təqvalı olan xeyirxahlardırlar.
Qorxu onları yonulmuş oxa çevirmiş, onları görənlər xəstə olduqlarını və ya
ağıllarını itirdiklərini zənn edərlər. Halbuki xəstəlikləri yoxdur və böyük bir iş
onları məşğul etməkdədir.
Allahın əzəmətini və səltənətinin gücünü düşündükdə ölümün xatırlamaq-
dan və qiyamətin qorxularından qəlbləri dəhşətə gələr, düşüncələri qərarsız
qalar, ağılları başlarından gedər və dəriləri ürpərər. Özlərinə gəldikdə dərhal
pak əməllərlə Allaha yönələrlər. Allah üçün aza razı olmaz və çoxu gözlərində
böyük görməzlər.