Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Mömin və camaat



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə163/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   159   160   161   162   163   164   165   166   ...   227
AliMuhemmedin sirleri

206
Suleym ibn Qeys Hilali
Mömin və camaat
Ona nifrət edənə qarşı ədalətsiz olmaz, sevdiyi şeydə günah işləməz, haqqı 
olmayan şeyi iddia etməz və boynunda olanı inkar eləməz. Onunla əleyhinə 
şahid qalxmadan haqqı etiraf edər. 
Qorumaq üçün verilən əmanəti zay etməz, başqalarını pis ləqəblərlə ça-
ğırmaz, heç kimə haqsızlıq etməz, həsədlə hərəkət etməz, qonşusuna zərər 
yetirməz və (başqalarının) müsibətinə lağ eləməz.
Əmanətləri sahibinə qaytarar, namaza tələsər, pis işlərə marağı olmaz, 
yaxşılığı tövsiyə edər və pislikdən çəkindirər. Bilmədiyi işlərə girişməz və 
acizliyində belə haqdan çıxmaz.
Sussa susmasından üzülməz, danışsa yanlış söz söyləməz, gülsə səsini 
qaldırmaz. Özü üçün təqdir edilənə qanedir, qəzəb onu özündən çıxartmaz, 
istəkləri ona qalib gəlməz, xəsislik onu məğlub etməz və özünün olmayan şeyə 
tamah salmaz.
Elm öyrənmək üçün camaata qarışar, salamat qalmaq üçün susar, anlamaq 
üçün soruşar, qazanmaq üçün ticarət edər və öyrənmək üçün araşdırar. Yaxşı 
sözü başqaları qarşısında öyünmək üçün dinləməz, başqalarına üstün olmaq 
üçün danışmaz.
Nəfsi onun əlindən narahat, amma insanlar ondan rahatdırlar. Nəfsini axirəti 
üçün yorar, amma insanları onun sayəsində rahatlığa çıxarar. Ona zülm edilsə, 
Allah intiqamını alana qədər səbr edər. Birindən uzaqlaşsa, bu, həmin şəxsdən 
çəkinməsi və özünü qorumasından, birinə yaxınlaşsa da bu, yaxınlaşdığı şəxsə 
şəfqət və mərhəmətidir. Uzaqlaşması qürur və təkəbbürdən, yaxınlaşması da 
hiylə və aldatmaq üçün deyil. Əksinə, özündən əvvəlki xeyir əhlindən nümunə 
götürmüşdür. Bunula da o, özündən sonra gələn xeyir əhli üçün bir öndərdir”.
İmam Əlinin (ə) xütbəsinin Həmmama təsiri
Süleym deyir: “Həmmam fəryad etdi və huşunu itirib yerə yıxıldı. İmam 
Əli (ə) dedi: “Allaha and olsun, mən də bundan qorxurdum. Nəsihət öz əhlinə 
belə təsir edir”. Orada olan bir nəfər dedi: “Bəs, sənin vəziyyətin necədir, ey 
Möminlərin-əmiri?” Əli (ə) buyurdu: “Hər kəs üçün bir əcəl vardır, ondan qaça 
bilməz, (hər şey üçün) bir səbəb vardır, onu tərk edə bilməz. Sakit ol və sözünü 
təkrar etmə! Bu sözü Şeytan sənin dilinə gətirmişdir”.
Sonra Həmmam başını qaldırdı, fəryad etdi və dünyadan köçdü. Allah ona 
rəhmət eləsin.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin