Ali-Muhammedin sirleri indd


HƏDİS 44 Peyğəmbərin (s) “Dilədiyinizi soruşun!” sözü



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə164/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   160   161   162   163   164   165   166   167   ...   227
AliMuhemmedin sirleri

207
HƏDİS 44
Peyğəmbərin (s) “Dilədiyinizi soruşun!” sözü
Aban ibn Əbu Əyyaş Süleym ibn Qeysdən, o da Salman, Əbu Zərr və Miq-
daddan belə nəql edir:
“Bir dəstə münafi q bir yerə toplaşıb dedilər: “Muhəmməd bizə cənnətdən, 
orada Allahın Öz dostları və itaət edənlər üçün hazırladığı nemətlərdən xəbər 
verir. Həmçinin cəhənnəmdən, Allahın orada düşmənləri və üsyankarlar üçün 
hazırladığı əziyyətlərdən, alçaldıcı şeylərdən xəbər verir. Əgər bizə atalarımız-
dan, cənnət və cəhənnəmdəki yerimizdən xəbər versəydi, bundan sonrasını 
dünyaya, ya axirətə əsasən qurmalı olduğumuzu bilərdik”. 
Bu söz Peyğəmbərə (s) çatdı. Bilala camaat namazına səsləmək üçün 
azan verməyi tapşırdı. Camaat toplandı. Məscid insanlarla dolub daşdı və 
sıxlıq yarandı. Peyğəmbər (s) əsəbi halda, qollarını dirsəklərə və ayaqlarını 
dizlərə qədər qatlamış halda minbərə çıxdı. Allaha həmd və səna dedikdən 
sonra buyurdu: 
“Ey insanlar! Mən də sizin kimi bir insanam. Rəbbim mənə vəhy edir. 
Məni Öz risalətinə layiq gördü, peyğəmbərliyə seçdi, bütün Adəm övladların-
dan üstün qərar verdi, qeybindən dilədiyini mənə bildirdi. Elə isə, fi krinizdə 
olan hər şeyi məndən soruşun. Canım əlində olana and olsun, sizdən bir kəs 
atası, anası, cənnət və cəhənnəmdəki yeri haqqında soruşsa, mütləq ona xəbər 
verərəm. Bu, Cəbrayıldır. Sağımda dayanıb və Rəbbimdən mənə xəbər gətirir. 
Nə istəyirsinizsə, soruşun!”
Camaatın nəsəbləri, cənnət və cəhənnəm barədə sualları
Allahı və Peyğəmbərini (s) sevən mömin bir şəxs ayağa qalxıb dedi: 
“Ya Peyğəmbər! Mən kiməm?” Peyğəmbər (s) buyurdu: “Sən Abdullah 
ibn Cəfərsən”. Onu adı ilə çağırıldığı atasına nisbət verdi. O şəxs sevincək 
vəziyyətdə yerinə oturdu.
Sonra qəlbi xəstə, Allaha və Peyğəmbərinə (s) kin bəsləyən münafi q bir kəs 
ayağa qalxdı və dedi: “Ey Peyğəmbər! Mən kiməm?”
Peyğəmbər (s) buyurdu: “Sən Bəni-Usamə qəbiləsindən fi lan ibn fi lan 
adında bir çobanın oğlusan və onlar Səqifdə yaşayanların ən pisləridir. Allaha 


208
Suleym ibn Qeys Hilali
üsyan etdilər və Allahda onları alçaltdı”. Kişi yerinə oturdu. Allah onu al-
çaltdı və hər kəsin qarşısında rüsvay etdi. Bundan əvvəl onun Qüreyşin cəsur 
igidlərindən və öndə gələnlərindən olduğuna camaatda şübhə yox idi.
Sonra qəlbi xəstə olan bir münafi q üçüncü şəxs olaraq ayağa qalxdı və 
dedi: “Ey Peyğəmbər! Mən cənnətliyəm, yoxsa cəhənnəmlik?” Peyğəmbər (s) 
buyurdu: “Düşündüyünün əksinə, oddasan!” O da yerində oturdu. Belə ki, Al-
lah hər kəsin qarşısında onu da alçaltdı və hörmətdən saldı.
Sonra Səhhakın oğlu qalxdı və dedi: “Rəbb olaraq Allaha, din olaraq 
İslama və peyğəmbər olaraq sənə razı olduq, ya Peyğəmbər! Allahın və 
Peyğəmbərinin (s) qəzəbindən Allaha sığınırıq. Bizi bağışla, ya Peyğəmbər! 
Allah da səni bağışlasın. Eyiblərimizi ört! Allahda səni örtsün”. Peyğəmbər 
(s) buyurdu: “Başqa bir şey soruş. Sən başqa bir şey soruşmaq istəyirdin, ey 
Səhhakın oğlu!” Səhhakın oğlu dedi: “Ya Peyğəmbər! Ümmətin üçün bağış-
lanma diləyirəm”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin