Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 45 Peyğəmbərin (s) Əli (ə) və İmamlar (ə) haqqında sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə166/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   162   163   164   165   166   167   168   169   ...   227
AliMuhemmedin sirleri

210
Suleym ibn Qeys Hilali
HƏDİS 45
Peyğəmbərin (s) Əli (ə) və İmamlar (ə) haqqında sözləri
Aban Süleymdən Salmanın belə dediyini nəql edir: “Qüreyş bir məclisdə 
yığışdıqda Əhli-Beytdən birini gördükləri vaxt söhbəti saxlayardılar. Bir dəfə 
məclislərində onlardan biri dedi: “Məhəmmədin öz Əhli-Beyti arasında misalı 
yalnız zibillikdə böyüyən xurma ağacının misalı kimidir!”
Bu söz Peyğəmbərə (s) çatdı və eşitdiyi sözdən qəzəbləndi. Evdən çıxdı 
və camaat toplanana qədər gedib minbərin üzərinə oturdu. Sonra qalxıb Allaha 
həmd və səna söləyib dedi: “Ey insanlar! Mən kiməm?” Dedilər: “Sən Allahın 
Peyğəmbərisən!” 
Peyğəmbər (s) buyurdu: “Mən Allahın Peyğəmbəriyəm! Mən Muhəmməd 
ibn Abdullah ibn Əbdül-müttəlib ibn Haşiməm”. Sonra Nizara
1
çatana qədər 
nəsil şəcərəsini saydı.
Əhli-Beytin (ə) yaradılışı və nəsəbləri
Sonra buyurdu: “Bilin və agah olun ki, mən və Əhli-Beytim bir nur idik, 
Allah Adəmi yaratmazdan iki min il əvvəl qarşısında hərəkət edirdik (Allaha 
təqdis deyirdik). Bu nur təsbih dedikcə mələklərdə onu təkrarlamaqla Allaha 
təsbih deyirdilər.
Adəmi yaratdıqda bu nuru onun sülbünə yerləşdirdi. Sonra Adəmin sülbündə 
onu yer üzünə göndərdi. Onu Nuhun sülbündə dənizdə daşıdı, sonra İbrahimin 
sülbündə atəşə atdı. Sonra bizi alicənablıq cəhətdən ən üstün mədənlərdən, 
yetişmə baxımından ən seçmə yerlərdən, analar və atalardan dünyaya gətirənə 
qədər ən seçmə və şərəfl i sülblərdə daşıdı. Belə ki, onlardan heç biri əsla zina 
edərək bir-birinə yaxınlaşmadılar.
Bilin və agah olun ki, biz Əbdül-müttəlib övladları cənnət əhlinin ağaları-
yıq: Mən, Əli, Həmzə, Həsən, Hüseyn, Fatimə və Mehdi!
1
Bu kitabın 14-cü hədisində Peyğəmbərin (s) nəsil nəsəbinə bax.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin