Ali-Muhammedin sirleri indd


Mələklərin nəzərində Əliyə (ə) itaət və düşmənlərindən



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə168/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   164   165   166   167   168   169   170   171   ...   227
AliMuhemmedin sirleri

Mələklərin nəzərində Əliyə (ə) itaət və düşmənlərindən 
uzaqlaşmaq 
Miqdad dedi: Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Həqiqətən də 
Ərşin ətrafında 90 min mələk var ki, onların təsbih və ibadətləri yalnız Əli ibn 
Əbu Talibə (ə) itaət, onun düşmənlərindən bezarlıq və şiələri üçün bağışlanma 
diləməkdir”.
Dedim: “Allah sənə mərhəmət göstərsin, bəs bundan başqa yenə də var-
mı?” Dedi: “Belə buyurduğunu eşitdim: “Uca Allah Cəbrailə, Mikailə və 
İsrafi lə Əliyə (ə) itaəti, düşmənlərindən bezarlığı və şiələri üçün bağışlanma 
diləmələrini xüsusi olaraq tapşırıb”.
Allahın keçmiş ümmətlərə Əlini (ə) höccət göstərməsi
Dedim: “Allah sənə rəhm etsin! Bəs bundan əlavə”. Dedi: “Peyğəmbərin 
(s) belə buyurduğunu eşitdim: “Uca Allah mürsəl peyğəmbər göndərdiyi hər bir 
ümmətə höccətini Əli ilə tamamladı. Onların Allah yanında ən yüksək məqam 
sahibi Əlini ən çox tanıyanıdır”.
İmam Əli (ə) Allahla məxluqları arasındakı örtük və 
hicabdır
Dedim: “Allah sənə mərhəmət göstərsin. Bundan başqa!” Dedi: 
“Peyğəmbərin (s) belə dediyini eşitdim: “Mən və Əli olmasaydıq Allah tanın-
mazdı. Əgər mən və Əli olmasaydıq Allaha ibadət olunmazdı. Əgər mən və Əli 
olmasaydıq savab və cəza olmazdı. Əlilə Allah arasında nə bir örtük, nə də bir 
hicab var. Əksinə, o, Allahla məxluqları arasında bir hicab və örtükdür. 


Ali-Muhəmmədin sirləri
213
İmam Əlinin (ə) vilayəti qəlblər üçün bir paklıqdır
Süleym deyir: “Sonra Miqdaddan soruşdum və dedim: “Allah sənə rəhm 
eləsin! Əli ibn Əbu Talib (ə) haqqında Peyğəmbərdən (s) eşitdiyin ən fəzilətli 
sözü mənə söyləyə bilərsən?” 
Dedi: Peyğəmbərin belə buyurduğunu eşitdim: “Həqiqətən Allah mülkündə 
yeganədir. O Özünü nurları
1
ilə tanıtdı. Sonra öz işlərini onlara həvalə edib 
cənnəti onlara mübah etdi. Uca Allah insanlardan və cinlərdən hər kimin 
ürəyini paklamaq istəsə, ona Əli ibn Əbu Talibin (ə) vəlayətini tanıdar. Hər ki-
min qəlbinə pərdə çəkmək istəsə, onun qəlbindən Əli ibn Əbu Talibin mərifətini 
uzaq tutar.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin