Ali-Muhammedin sirleri indd


Peyğəmbər (ə) və Əlinin (ə) təsdiqində peyğəmbərlərin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə169/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   165   166   167   168   169   170   171   172   ...   227
AliMuhemmedin sirleri

Peyğəmbər (ə) və Əlinin (ə) təsdiqində peyğəmbərlərin 
(ə) məqamı
Canım əlində olana and olsun ki, Adəm yaradılmağa, ruhun ona üfürül-
məsinə, tövbəsinin qəbul olunmasına və cənnətdə qərarlaşmasına yalnız mənim 
peyğəmbərliyimə və məndən sonra Əlinin (ə) vilayətinə iman edəndən sonra 
layiq oldu.
Canımın əlində olana and olsun! Mənim peyğəmbərliyim və Əlinin 
vilayətini iqrar etdikdən sonra İbrahimə yerin və göylərin mələkutu göstərildi, 
Allah onu Özünə xəlil (dost) seçdi.
Canımın əlində olana and olsun! Yalnız mənim peyğəmbərliyim və Əlinin 
vilayətinin mərifətindən sonra Allah Musa (ə) ilə danışdı, İsanı (ə) aləmlərə 
əlamət qərar verdi. And olsun canımın əlində girov olduğu Allaha!
Canımın əlində olana and olsun! Əlini (ə) tanımadan və vilayətimizi iq-
rar etmədən heç bir peyğəmbər həmin məqama yüksəlmədi. Bütün məxluqat 
yalnız Allaha olan bəndəçilikləri və bizim vəlayətimizə olan iqrarlarına görə 
yaradılmağa və Allahın onlara nəzər salmasına layiq oldular.
Miqdad bundan sonra susdu. Mən dedim: “Allah sənə rəhm eləsin! Yenə 
varmı?” 
Qiyamətdə ümmətin hesabına müvəkkil Əlidir (ə)
Miqdad dedi: “Bəli, Peyğəmbərin (s) belə buyurduğunu eşitdim: “Əli bu 
ümmətin hakimi, şahidi və (qiyamətdə) hesabına müvəkkil şəxsdir. O, uca 
məqamın, üz tutulması sevinc bəxş edəcək haqq yolun sahibidir. O, siratul-
müstəqimdir (doğru yoldur). Məndən sonra insanlar onun vasitəsilə zəlalətdən 
1
Nurlarda məqsəd Məsumlardır (ə).


214
Suleym ibn Qeys Hilali
hidayət tapacaq, korluqdan bəsirət əldə edəcəklər. Onunla nicat tapacaq, 
ölümdən qurtulacaq, qorxulardan əminlik əldə ediləcək, pisliklər pozulacaq, 
haqsızlıqlar dəf ediləcək və rəhmət nazil olacaq.
Allahın görən gözü, eşidən qulağı, məxluqatı içində danışan dili, bəndələrinə 
açılan rəhmət əli, göylərdə və yerdəki üzü, görünən sağ böyrü, ən möhkəm 
və qırılmaz ipi, daxil olacaq qapısı, içinə girildiyi zaman amanda olduğu Evi, 
qiyamət günü Sırat üzərindəki əlaməti (və ya bayrağı) odur. Kim onu tanısa, 
nicat tapıb cənnətə gedəcək. Kim onu inkar etsə cəhənnəmdə məhv olacaq.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin