Ali-Muhammedin sirleri indd


Peyğəmbərin (s) Zəhraya (s.ə.) hədiyyəsi olan Fədəyi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə174/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   170   171   172   173   174   175   176   177   ...   227
AliMuhemmedin sirleri

3. Peyğəmbərin (s) Zəhraya (s.ə.) hədiyyəsi olan Fədəyi 
İbn Abbas deyir: “Yaşlı səhabə Fədəyə əl uzatdığı xəbəri Fatiməyə çatdı. 
Bəni-Haşim qadınları ilə birgə çıxıb Yaşlı səhabənin yanına gəldi və dedi: “Ey 
Ətiq! Peyğəmbər (s) müsəlmanların döyüşmədən əldə etdikləri qənimətlərdən 
mənə verdiyi və mülkümə çevirdiyi ərazini məndən almaq istəyirsən?! Məgər 
Peyğəmbər (s) “Şəxsin özündən sonra övladlarının haqqı qorunar” demədimi? 
Sən də bilirsən ki, Peyğəmbər (s) övladları üçün Fədəkdən başqa bir şey burax-
mayıb”.


Ali-Muhəmmədin sirləri
221
Fədəyin qaytarılması ilə bağlı məktubun yazılmasına 
maneə
Yaşlı səhabə Fatimənin və yanındakı qadınların sözlərini eşidib Fədəyi ona 
məxsus olduğunu təsdiqləmək üçün mürəkkəb istədi. Səhhakın oğlu məsələyə 
müdaxilə edib dedi: “Ey Peyğəmbərin xəlifəsi, iddiasına şahid gətirənə qədər 
gözlə, yazma!” Fatimə (s.ə.) dedi: “Yaxşı, şahid gətirərəm”. Səhhakın oğlu 
dedi: “Kimi?”. Fatimə (s.ə.) dedi: “Əlini və Ümmü Əyməni”. Səhhakın oğlu 
dedi: “Sözləri tam başa düşülməyən əcəmi bir qadının şahidliyi qəbul edilməz. 
Əliyə gəlincə, odu ətrafında dövr etdirir”. Fatimə vəsf edilməyəcək bir qəzəblə 
geri qayıtdı. Bir müddət sonra xəstələndi.
Əbu Bəkr və Ömər Fatiməyə (s.ə.) baş çəkirlər
Əli (ə) məsciddə vacibi namazını qılırdı. Hər dəfə namaz qılarkən o ikisi 
ona deyirdilər: “Peyğəmbərin qızı necədir?”
Xəstəliyi ağırlaşana qədər bu davam etdi. Sonra bir gün soruşub dedilər: 
“Bizimlə onun arasında olanları bilirsən. Mümkündürsə ondan bizim üçün izin 
istə ki, günahlarımıza görə üzr istəyək”. Əli (ə) dedi: “Bu sizin boynunuzdadır!”
Gəlib evin qapısının qarşısında oturdular. Əli (ə) Fatimənin (s.ə.) yanına 
gedib dedi: “Ey azad qadın! Filan və fi lan kəslər qapıda gözləyirlər. Sənə salam 
vermək istəyirlər. Fikrin nədir?” Fatimə (s.ə.) dedi: “Ev sənindir və azad qadın 
da zövcəndir! Necə münasib bilsən, elə et”. Əli (ə) dedi: “Üstünü ört”. Fatimə 
(s.ə.) üstünü örtdü və üzünü divara çevirdi.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin