224
Suleym ibn Qeys Hilali
Qətl əmrinə görə baş verənlər
Əli (ə) yerindən sıçrayıb Xalidin yaxasından tutdu və qılıncını əlindən aldı.
Xalidi yerə sərib sinəsinin üzərinə oturdu və onu öldürmək üçün qılıncını gö-
türdü. Məsciddəkilər Xalidi xilas etmək üçün yığıldılar. Amma gücləri çatmadı.
Abbas deyir: “Peyğəmbərin (s) qəbrinə onu and verdilər və Xalidi buraxmasını
istədilər. Bundan sonra Əli (ə) qalxıb onu buraxdı və qalxıb evinə getdi.
Zübeyr, Abbas, Əbu Zərr, Miqdad və Bəni-Haşim gəlib qılınclarını
çəkib dedilər: “Allaha and olsun, danışıb nə isə edənə qədər siz bu məsələni
bitirməyəcəksiniz!” Camaat aralarında ixtilafa düşdülər və narahat oldular.
Bəni-Haşimin qadınları çölə çıxıb fəryad edərək dedilər: “Ey Allahın
düşmənləri! Peyğəmbər və Əhli-Beytinə olan düşmənçiliyinizi nə tez zahir
etdiniz? Nə vaxt idi ki, bunları Peyğəmbərə qarşı etmək istəyirdiniz, amma
gücünüz çatmırdı. Elə dünən onun qızını öldürdünüz. Bu gün də qardaşı, əmisi
oğlu, vəsisi və övladlarının atasını öldürmək istəyirsiniz?! Kəbənin Rəbbinə
and olsun, yalan danışdınız. Siz onu öldürməyə əsla əl uzada bilməyəcəksiniz!”
Camaat böyük bir fi tnənin çıxacağından qorxdular.
Dostları ilə paylaş: