Ali-Muhammedin sirleri indd


“Süleymin kitabı”nın mətni burada bitdi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə178/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   174   175   176   177   178   179   180   181   ...   227
AliMuhemmedin sirleri

“Süleymin kitabı”nın mətni burada bitdi.
Bu kitabın digər “C” nüsxəsində qeyd edilən hədisləri buraya əlavə 
edirik. Onlar ümumilikdə 22 hədisdən ibarətdir.


Ali-Muhəmmədin sirləri
225
SÜLEYM İBN QEYS 
ƏL-HİLALİNİN 
DİGƏR NÜSXƏSİNDƏN
II HİSSƏ


226
Suleym ibn Qeys Hilali
HƏDİS 49
Peyğəmbərin (s) kağızda yazdıqları
Süleym ibn Qeys Salmanın belə dediyini eşitdiyini söyləyir: “Həmin 
kəsin (Səhhakın oğlu) söylədiklərinə görə Peyğəmbərin (s) qəzəblənib yazmaq 
fi krindən daşınmasından sonra Əlinin (ə) belə dediyini eşitdim: “Peyğəmbərdən 
(s) kağıza nə yazmaq istədiyini soruşaqmı? Belə ki, həmin şey yazılsa heç kəs 
yoldan azmaz və iki nəfər belə bir-birilə əsla ixtilafa düşməz”.
Peyğəmbərin (s) dedikləri
Evdə olanlar qalxıb gedənə qədər mən susdum. Evdə yalnız Əli, Fatimə, 
Həsən və Hüseyn qaldılar. Mən və yoldaşım Əbu Zərr və Miqdad da getmək 
üçün ayağa qalxdıq, lakin Əli (ə) bizə oturmamızı söylədi.
Əli Peyğəmbərdən (s) soruşmaq istəyirdi və bizdə onu dinləyirdik. 
Amma Peyğəmbər (s) ondan əvvəl sözə başlayıb dedi: “Ey qardaşım! Allah 
düşməninin nə dediyini eşitdin? Cəbrayıl bir az əvvəl yanıma gəlmişdi. Onun 
bu ümmətin Samirisi və dostunun isə ümmətin buzovu olduğunu bildirdi. Uca 
Allah məndən sonra ümmətimdə bölünməyi və ixtilafı təqdir edib. Mənə kağıza 
yazmaq istədiklərimi sənin üçün yazmamı və bu üç nəfəri də şahid tutmamı 
əmr etdi. Mənə bir kağız gətir”.
On iki imamın (ə) adları kağızda yazılmışdı
Kağızı gətirdi. Peyğəmbər (s) bir-bir özündən sonrakı hidayət imamlarının 
adlarını söyləyirdi və Əli də (ə) yazırdı. Sonra buyurdu: “Mən sizi şahid tu-
turam ki, qardaşım, vəzirim, varisim, ümmətim arasında xəlifəm Əli ibn Əbu 
Talibdir. Ondan sonra Həsən, ondan sonra Hüseyn və ondan sonra da Hüseynin 
övladlarından doqquz nəfərdir”.
Onlardan yalnız ikisinin adı - Əli və Muhəmməd yadımda qaldı. Digər 
imamların (ə) adlarını qarışdırdım
1
. Amma Mehdinin xüsusiyyətləri, ədaləti və 
1
Bu yanlışlıq Salmandan, Süleymdən və ya Abandan qaynaqlanmır. Çünki kitabdakı hədislərin 
bir çoxunda İmamların (ə) adları aydın və aşkar qeyd edilir. Ola bilsin ki, bu cümlələr hədisi 
Abandan sonra nəql edən şəxsə aiddir.


Ali-Muhəmmədin sirləri
227
edəcəkləri haqqında eşitdiklərimi unutmadım. Allah onun vasitəsilə haqsızlıq 
və zülmlə dolmuş yer üzünü haqq və ədalətlə dolduracaq.
Sonra Peyğəmbər (s) buyurdu: “Mən bunları yazmağı, məscidə getməyi
hər kəsi çağırmağı, onlara oxumağı və onları buna şahid tutmağı istəyirdim. 
Amma Uca Allah istəmədi və təqdir etdiyi şeyin olmasına hökm verdi.
Süleym deyir: “Osmanın xəlifəliyi zamanında Əbu Zərr və Miqdadla gö-
rüşdüm. İkisi də bunu mənə danışdılar. Sonra Kufə şəhərində Əli (ə), Həsən (ə) 
və Hüseyn (ə) ilə görüşdüm. Onlar da gizlicə bunları mənə söylədilər. Sanki bir 
ağızdan danışırmışlar kimi nə bir hərfi əskik, nə də artıq söylədilər...”
Həmçinin onların adlarının burada aşkar çəkilməməsi hədis ravisinin İmamların (ə) adlarını 
söyləməkdə təqiyyə edib, onları zalımlardan qoruması da səbəb ola bilər.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin