Ali-Muhəmmədin sirləri
229
HƏDİS 51
Peyğəmbər (s) məscidi yalnız Əhli-Beytinə halaldır
Süleym ibn Qeys deyir: “Əmirəl-möminin Əlinin (ə) belə dediyini eşit-
dim: “Sanki mən Peyğəmbərə (s) məscidinin həyətində baxır
və belə dediyini
görürəm: “Bilin və agah olun ki, məscidimə məndən, qardaşımdan, iki övladın-
dan, qadınlarım, xidmətçilərimdən başqa heç bir cünub
və heyzli şəxsin girməsi
halal deyil. Eşitdinizmi?! Sizə aydın oldumu?! Ehtiyatlı olun ki, azmayasınız!”
Bu sözlərlə nida edir.
230
Suleym ibn Qeys Hilali
HƏDİS 52
Əli (ə) ümmətin Siddiqi və Faruqudur
Süleym
ibn Qeys deyir ki, Ömər ibn Xəttabın hökuməti zamanı idi. Sal-
man, Əbu Zərr və Miqdadla birlikdə oturmuşduq. Kufəli bir nəfər gəlib ona
doğru yolu göstərmələrini istədi. Dedilər: “Sənə Allahın kitabını tövsiyə edirik,
ona sarıl. Həmçinin Əli ibn Əbu Talibi (ə) tövsiyə edirik. O, Quranladır və on-
dan əsla ayrılmaz.
Biz Peyğəmbərdən (s) belə buyurduğunu eşitdiyimizə şahidlik edirik: “Əli
Quranla və haqladır. Hara üz tutsa haqq da ora üz tutar. O, Allaha
ilk iman
gətirən və qiyamət günü ümmətimdən mənimlə görüşəcək ilk şəxsdir. O, ən
böyük Siddiq (çox təsdiqləyən) və haqq ilə batilin arasını ayırandır (Faruqdur).
O, mənim vəsim, vəzirim, ümmətim arasında xəlifəm və sünnətimə görə sava-
şandır”.
Dostları ilə paylaş: