Ali-Muhammedin sirleri indd


Başqasının adının mənimsənilməsi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə180/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   176   177   178   179   180   181   182   183   ...   227
AliMuhemmedin sirleri

Başqasının adının mənimsənilməsi
Kufəli kişi onlara dedi: “Bəs niyə camaat yaşlı səhabəyə Siddiq və Səhhakın 
oğluna Faruq deyirlər?”
Dedilər: “Camaat Peyğəmbər (s) xəlifəliyini və Möminlərin əmirin ol-
mağı o ikisinə rəva bildikləri kimi onlardan başqasına aid olan adları onlara 
verdilər. Halbuki bu adlar onların deyil, başqasının adlarıdır. Şübhəsiz Əli (ə) 
Peyğəmbərin (s) xəlifəsi və Möminlərin əmiridir. Peyğəmbər (s) bizə və bizimlə 
birlikdə o ikisinə Möminlərin əmiri ünvanı ilə Əliyə (ə) salam verməyimizi əmr 
etmişdi”.


Ali-Muhəmmədin sirləri
231
HƏDİS 53
Cəməl və Siffi n savaşları üçün Əlinin (ə) səbəbləri
Süleym deyir ki, Cəməl və Siffi n savaşı günlərində Əlinin (ə) belə dediyini 
eşitdim: “Mən baxdım, qarşımda ya Allaha və onun nazil etdiklərinə küfr və 
inkar, ya da Allahın, yaxşılığı əmr edib, pislikdən çəkindirmək yolunda cihad-
dan başqa yol olmadığını gördüm. Əgər yardımım varsa, Allaha küfr və inkarın 
qarşılığında, cəhənnəm odunun qandallarının əllərimizdən açılması üçün Allah 
yolunda cihadı, yaxşılığı əmr edib, pislikdən çəkindirməyi seçirəm.
Mən, Peyğəmbərin (s) vəfatından bəri hələ də məzlumam. Əgər bundan 
(bu gündən) öncə kitab və sünnəti diriltmək üçün yardım tapsaydım - necə ki, 
bu gün tapmışam - əsla oturmazdım, savaşardım.


232
Suleym ibn Qeys Hilali
HƏDİS 54
Əhli-Beyt (ə) insanlar üzərində şahidlərdir
Dininizdə üç nəfərdən çəkinin
Süleym ibn Qeys Əli ibn Əbu Talibin (ə) belə dediyini eşitdiyini söyləyir: 
“Peyğəmbər (s) buyurdu: “Dininiz barədə üç nəfərdən çəkinin! Birincisi, sanki 
iman paltarı onu Allahın istədiyi hala çevirmiş kimi xoşbəxt olduğunu görənə 
qədər Quran oxuyan kəsdir. Müsəlman qardaşına qılınc qaldıra bilər və onu 
müşriklikdə ittiham edər”.
Dedim: “Ya Peyğəmbər! Bunlardan hansı şirkdən daha yaxşıdır?” Buyur-
du: “Müşriklikdə ittiham etməsi. İkincisi – sözlərinin əzdiyi kimsədir. Bir sözü 
bitdikdə ondan daha uzun və yalan söz söyləyər. Belə bir kəs Dəccalı görsə ona 
tabe olar.
Üçüncüsü elə bir kəsdir ki, Allahın ona güc və qüdrət vermişdir. O özünə 
itaətin Allaha itaət və özünə üsyanın Allaha üsyan olduğunu zənn edər. O yalan 
danışır. Allaha üsyanla məxluqa itaət edilməz, Allaha üsyan edən kəsə itaət 
edilməz.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin