Ali-Muhəmmədin sirləri
233
İtrətimin ən yaxşıları və əslimin ən təmizləri kiçik ikən insanların ən
helmliləri, səbirliləri və böyük ikən də insanların ən alimləridirlər. Bilin ki, Al-
lah çətinlik və məşəqqət zamanlarını bizim vasitəmizlə rahatlığa çevirər, bizim
əlimizlə yalanı dəyişdirər.
1
Bilin ki, biz Əhli-Beytin hökmü Allahın hökmündəndir və biz doğru
söyləyənin sözünü eşitdik. Əgər bizim yolumuzu izləyib,
yolumuz və izimizlə
addım-addım getsəniz, bizim bəsirətlərimizə (dərin fi kirlərimizə) hidayət olar-
sınız. Əgər bizə müxalif çıxsanız həlak olarsınız. Əgər
bizi nümunə götürsəniz,
Allahın kitabına əsaslananlar olaraq bizi önünüzdə görərsiniz. Əgər bizə qarşı
çıxarsanız, bununla yalnız özünüzə zərər yetirərsiniz.
Allah Əhli-Beytdən (ə) olan şahidlərdən zəmanələrinin
insanlarını soruşacaq
Allah hər bir zamanda yaşayan insanlardan hesab soruşacaq və onların za-
manlarında bizdən onların üzərində şahid olanları çağıracaq. Kim doğru söyləsə,
onu təsdiqləyəcəyik, kim yalan danışsa onu inkar edəcəyik. Peyğəmbər (s) qor-
xudan,
hidayət edən, cinlərə və insanlara qiyamət gününə qədər göndərilən el-
çidir. Ondan sonra nəbi və rəsul yoxdur. Qurandan sonra da kitab enməyəcək.
Hər bir zamanda yaşayanlar üçün bir doğru yol göstərən,
höccət və imam
vardır. Onlara doğru yolu və dəlilləri göstərər, onları Rəblərinin kitabına və
Peyğəmbərlərinin sünnəsinə istiqamətləndirər. Hər dəfə dünyadan ayrıldıqda
yerinə özü kimi birini vəsiyyət edər. Onlar Quranla və Quran onlarladır. Ho-
vuzun başında Peyğəmbərə (s) qovuşana qədər onlar Qurandan və Quran da
onlardan ayrılmaz.
Biz
elə bir Əhli-Beytik ki, atamız İbrahim bizim üçün dua edib belə dedi:
Dostları ilə paylaş: