ki, insanların əməllərinə (qiyamətdə) şahid olasınız, Peyğəmbər də sizə şahid olsun. (Ya
Rəsulum!) İndi yönəldiyin qibləni yalnız Peyğəmbərə tabe olanlarla ondan üz çevirənləri
bir-birindən ayırd etmək üçün təyin etdik. Bu, ağır görünsə də, ancaq Allahın doğru yola
yönəltdiyi şəxslər üçün ağır deyildir. Allah sizin imanınızı əvəzsiz buraxmaz. Allah insanla-
ra qarşı, əlbəttə, mehribandır, mərhəmətlidir”.
Ali-Muhəmmədin sirləri
235
HƏDİS 55
Səd ibn Əbu Vaqqasın Əli (ə) barəsində etirafl arı
Süleym ibn Qeys deyir ki, Səd ibn Əbu Vaqqas ilə görüşdüm və ona de-
dim: “Mən Əlinin (ə) belə dediyini eşitdim: “Peyğəmbər (s) buyurur: “Üxey-
nisin
1
fi tnəsindən çəkinin! Sadın fi tnəsindən çəkinin! O haqqı və haqq əhlini
köməksiz qoymağa çağırar”. Sad dedi: “İlahi, Əliyə kin bəsləməkdən və ya
Əlinin mənə kin bəsləməsindən, Əli ilə döyüşməkdən və ya Əlinin mənim ilə
döyüşməsindən, Əliyə düşmənçilik etməkdən və ya Əlinin mənimlə düşmənçilik
etməsindən Sənə sığınıram”.
Sədin dilindən İmam Əlinin (ə) fəzilətləri
Əlidə insanlardan heç kimin sahib olmadığı fəzilətlər vardı.
O, “Bəraət” sahibidir ki, Peyğəmbər (s) belə buyurmuşdu: “Mənim adım-
dan yalnız məndən olan bir şəxs təbliğ edə bilər”.
2
Təbük qəzvəsi günü Peyğəmbər (s) ona dedi: “Sənin mənə nisbətin -
peyğəmbərlikdən savayı – Harunun Musaya nisbəti kimidir. Çünki məndən
sonra peyğəmbər yoxdur”.
Peyğəmbər (s) Əlinin qapısından savayı məscidə açılan bütün qapıla-
rın bağlanmasını əmr elədi. Ömər, göz miqdarında bir dəlik açmaq üçün
Peyğəmbərdən (s) icazə istəməyə cəhd etsə də Peyğəmbər (s) izn vermədi. O
zaman Həmzə, Abbas və Cəfər dedilər: “Bizim qapılarımızı bağlayıb Əlinin qa-
pısını açıq saxlayırsan?” Peyğəmbər (s) buyurdu: “Qapılarınızı bağlayıb, yalnız
onun qapısını açıq saxlayan mən deyiləm. Onları Allah bağlayıb və onun qapı-
sını açıq saxlayır”.
Peyğəmbər (s) bütün səhabələri arasında iki-iki olmaqla qardaşlıq yaratdı.
Əli (ə) dedi: “Bütün səhabələrin arasında qardaşlıq yaradıb, məni isə kənarda
saxlayırsan?” Peyğəmbər (s) buyurdu: “Dünyada və axirətdə sən mənim və
mən də sənin qardaşınam”.
1
Başqa nüsxədə “Üceynis”. “Təxirə salan” və “uzaq dayanan” mənasındadır.
2
“Tövbə” surəsinin Məkkə müşriklərinə oxunması hadisəsinə işarə edir.
|