244
Suleym ibn Qeys Hilali
duğu halda işlərini (rəhbərliyi) başqa şəxsə həvalə edən hər ümmətin işi tərk
etdiklərinə qayıdana qədər işləri pisə doğru gedər”.
Bütün səhabələrin Peyğəmbərdən (s) sonra İmam Əlinin
(ə) xilafəti barədə etirafı
Ey Əbdul-Qeysin qardaşı! Əbu Bəkrin, Ömərin, Osmanın, Təlhənin, Zü-
beyrin və bütün səhabələrin Əli ibn Əbu Talibin hamıdan əvvəl İslamı qəbul
etdiyi, hamıdan elmli olduğu, Allah yolunda cihadda, qohumlarla mübarizədə
və Peyğəmbəri (s) qorumaqda hamıdan daha çox müsibətlərlə üzləşib canını
fəda etməsi barədə şübhələri, ixtilafl arı və ziddiyyətləri yox idi. Peyğəmbər (s)
Əlinin (ə) sahib olduğu etibar və fəzilətiləri bildiyi üçün daim qarşısına çıxan
çətinlik və bəlalarda, yaxınları ilə mübarizədə, qala fəthlərində Əlini (ə) öndə
göndərirdi. Əli onların arasında Allahın kitabını və Peyğəmbərin (s) sünnəsini
ən yaxşı bilən, Peyğəmbərin ən çox sevdiyi şəxs və vəsisi idi.
O, hər gün səhər və axşam Peyğəmbərin (s) yanma gedir və onunla təklikdə
görüşürdü. Əli (ə) sual verdikdə cavab verir, susduqda isə özü danışmağa baş-
layırdı. Əli (ə) Peyğəmbərdən (s) sonra elm və fi qhdə heç kimə möhtac olma-
dı. Halbuki onların hamısı Əliyə möhtac idilər. Amma o, əsla bir kəsə ehtiyac
duymadı.
Onlardan heç birinin sahib olmadığı üstünlüklərə, fəzilətlərə sahibdi. Qu-
randa onun barəsində ayələr nazil olmuşdu. Əli ən əliaçıq, ən səxavətli və
döyüşdə ən şücaətliləri idi. Nə dünya barədə zöhdündə və nə də çalışqanlığında
onda olan gözəl xüsusiyyətlər heç kəsdə yox idi.
Ona məxsus olan insanlar üzərindəki üstün xüsusiyyətlərindən: Yaxşılıq-
da heç kim ondan önə keçə bilmədi, Peyğəmbər (s) heç kəsi ona rəhbər təyin
eləmədi, namazda heç kimi onun önünə keçirmədi. Bunlar yalnız Peyğəmbərlə
(s) ona məxsus fəzilətlərdəndir.
Dostları ilə paylaş: