Ali-Muhammedin sirleri indd


Fatimənin (ə) evinə daxil olma



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə19/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   15   16   17   18   19   20   21   22   ...   227
AliMuhemmedin sirleri

Fatimənin (ə) evinə daxil olma
Salmana dedim: “Fatimənin (ə) evinə iznsiz daxil oldular?” Dedi: “Bəli, 
Allaha and olsun, o başını örtməyə də imkan tapmadı, “Atacan, vah Rəsulallah, 
gözlərinin üstü qəbrində hələ torpaqla örtülməmiş yaşlı səhabən və səhhakin 
oğlu necə də pisdir!” deyə yüksək səslə fəryad edirdi. Yaşlı səhabə və yanın-
dakılar bu mənzərədən hönkürüb ağlayırdılar, Səhhakın oğlu, Xalid ibn Vəlid 
və Muğeyrə ibn Şöbədən başqa...! Səhhakın oğlu deyirdi: “Biz qadınlara və 
onların sözlərinə etina etmərik!”
İmam Əli (ə) Qüreyşə dəlillər təqdim edir
İmam Əlini (ə) yaşlı səhabənin yanına gətirdilər. İmam Əli (ə) deyirdi: “Al-
laha and olsun ki, əgər qılıncım əlimdə olsaydı məni heç vaxt buraya gətirə 
bilməzdiniz. And olsun ki, sizinlə mübarizədən çəkinmirəm. Əgər qırx nəfər 
yardımçım olsaydı sizin bu camaatınızı pərəm-pərəm salardım. Lakin, Allah 
mənə beyət edib, sonra beyətindən üz döndərən camaata lənət eləsin!”.
Yaşlı səhabə Əlini görüb uca səslə dedi: “Onu buraxın getsin”. Əli (ə) dedi: 
“Ey yaşlı səhabə, nə tez Peyğəmbərə qarşı çıxdınız?! Hansı haqq və nəyə əsasən 
camaatı özünə beyətə çağırırsan?! Məgər dünən (Qədir Xum günü) Allahın və 
Peyğəmbərinin əmrilə mənə beyət eləmədinizmi?”
Qunfuz (l.ə.) onunla Əlinin (ə) arasına girməyə çalışan Fatiməyə (ə) qamçı 
ilə zərbə endirmişdi. Səhhakın oğlu onun yanına adam göndərmiş və demişdi: 
“Əgər Fatimə (ə) mane olmağa çalışsa, onu vur!”. Qunfuz evinin qapısı qarşı-
sında onun qolunun altına zərbə endirmiş, bunun nəticəsində qabırğası sınmış 
və bətnindəki uşaq düşmüşdü. O xanım da bundan vəfat edərək şəhadətə qo-
vuşmuşdu. 


30
Suleym ibn Qeys Hilali
Yaşlı səhabə yanına gətirildikdən sonra Səhhakın oğlu Əliyə (ə) dedi: 
“Beyət elə, bu hadisələri özündən uzaqlaşdır!” Əli (ə) dedi: “Əgər etməsəm 
nə edəcəksiniz?” Dedilər: “Səni zəlil vəziyyətdə qətlə yetirəcəyik”. Dedi: 
“Demək Allah bəndəsini və Peyğəmbərin (s) qardaşını qətlə yetirəcəksiniz?!” 
Yaşlı səhabə dedi: “Allahın bəndəsini bəli, amma Peyğəmbərin qardaşı olduğu-
nu təsdiq etmirik”. Əli (ə) dedi: “Peyğəmbərin mənimlə öz arasında qardaşlıq 
yaratdığını inkarmı edirsiniz?” Dedi: “Bəli, inkar edirik”. Bu sualı onlara üç 
dəfə verdi.
Sonra Əli (ə) onlara yaxınlaşıb dedi: “Ey müsəlmanlar, mühacirlər və 
ənsar! Sizi Allaha and verirərm, Qədir Xum günü Peyğəmbərin fi lan-fi lan, 
Təbuk günündə isə fi lan-fi lan sözləri dediyini eşitmədinizmi?! İmam (ə) onlara 
Peyğəmbərin (s) camaat arasında söylədiyi açıq-aydın sözlərini bir-bir xatırlat-
dı. Onlar da: “İlahi, bəli, elədir” dedilər.
* * *
İnsanların Əliyə (ə) kömək edəcəyindən qorxan yaşlı səhabə Əliyə (ə) 
dedi: “Sənin söylədiklərinin hamısı haqdır, bunları qulaqlarımızla eşitmiş, an-
lamış və qəlbimizdə qorumaqdayıq. Lakin bunlardan sonra Peyğəmbərin (s) 
belə söylədiyini eşitməmisən: “Biz Allahın seçdiyi Əhli-Beytik, Allah bizi 
seçmiş və axirəti bizim üçün dünyadan üstün tutmuşdur. Allah bizim üçün 
peyğəmbərliklə xilafəti bir yerdə (bu dünyada) cəm etmədi”.
İmam Əli (ə) buyurdu: “Buna səninlə birgə Peyğəmbər səhabələrindən 
kimsə şahid olubmu?” Səhhakın oğlu dedi: “Peyğəmbər xəlifəsi düz deyir, bunu 
söylədiyi kimi Peyğəmbərdən eşitmişəm. Əbu Übeydə, Əbu Hüzeyfənin köləsi 
Salim və Muaz ibn Cəbəl dedilər: “Düz deyir, bunu Peyğəmbərdən eşitmişik”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin