Ali-Muhəmmədin sirləri
259
Onun əlyazısını tanıyırdım və kitabda onları gördüm. Dəyişməmişdi və ya-
zılar silinməmişdi. Kitabı bağladıqda dedim: “Ey Möminlərin əmiri! Kitabın
qalan hissəsini mənə oxumayacaqsan?” Buyurdu: “Xeyr! Amma sənə onlar-
dan danışacağam. Sənə oxumağıma mane olan şey sənin ailən və övladlarından
görəcəklərimizdir. Onlar çirkin işlərdir. Bizi öldürəcək, düşmənçilik edəcək, pis
bir hakimiyyət quracaq və fəlakətlər gətirən bir qüdrətə sahib olacaqlar. Bunları
eşidib kədərlənməyini və qəmlənməyini istəmirəm. Amma sənə danışacağam.
Peyğəmbər (s) vəfatı əsnasında əlimi tutdu. Mənim üçün elmdən min
qapı açdı ki, hər qapıdan da min qapı açılır. Həmin vaxt Əbu Bəkr və Ömər
bizə baxırdılar. Çölə çıxdığımda o ikisi mənə dedilər: “Sənə nə dedi?” Mənə
Peyğəmbərin (s) dediklərini o ikisinə izah etdim. Əllərini yellədilər və sözlərimi
təkrar etdilər. Sonra arxalarını çevirib yenə də sözlərimi təkrar edə-edə və
əllərini yelləyə-yelləyə getdilər.
Dostları ilə paylaş: