Ali-Muhammedin sirleri indd


Muhəmməd (s) ümmətinin xətaları o iki nəfərin



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə202/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   198   199   200   201   202   203   204   205   ...   227
AliMuhemmedin sirleri

Muhəmməd (s) ümmətinin xətaları o iki nəfərin 
boynundadır 
Sonra buyurdu: “Muhəmməd ümmətinin xətaları onların boynundadır. 
Qiyamət gününə qədər tökülən hər qanın, haram olaraq yeyilən hər malın və 
sahib olunan hər qadının, haqsız verilən hər hökmün günahı o ikisinin boynun-
dadır. Günahkarların özlərinin etdiklərindən isə bir şey azalmaz”.
Əmmar dedi: “Ey Möminlərin əmiri! O ikisinin adını bizə söylə ki, on-
lara lənət edək”. Əli (ə) soruşdu: “Ey Əmmar, sən Peyğəmbəri sevib, onun 
düşmənlərindən təbərri edirsən?” Əmmar “Bəli” deyə cavab verdi. Əli (ə) yenə 
soruşdu: “Sən məni də sevib və düşmənlərimdən təbərri edirsənmi?” Əmmar 
dedi: “Bəli”. Əli (ə) buyurdu: “Bu sənə yetər, ey Əmmar! Sən o ikisini adları ilə 
tanımasan da onlardan uzaq olduğunu bildirdin və onlara lənət etdin!”
Əmmar dedi: “Ey Möminlərin əmiri! Əgər onların adlarını söyləsən 
səhabələrin də o ikisindən təbərri edərlər, bu adlarını deməməyindən daha yax-
1
Üheymir Səmudun dəvəsini kəsən Qəddar ibn Saləfi n ləqəbidir. Öz qatili İbn Mülcəm üçün 
buradan ad kinayə etmişdir. Bir rəvayətdə Peyğəmbərin (s) İmam Əliyə (ə) belə dediyi nəql 
edilmişdir: “Sizə insanların ən bədbəxti olan iki nəfəri tanıdımmı?” Dedik: “Bəli, ey Allahın 
rəsulu!” Buyurdu: “Dəvəni öldürən Səmud qövmünün Üheymiri və ey Əli, (əlini başına qo-
yaraq) sənin burana vuran kəsdir ki, (əlilə saqqalını tutub) nəticədə bura islanar. “Mənaqib”, 
İbn Məğazili, s.9; “Biharul-ənvar”, c.32, s.312 və 286; “əl-Ğədir”, c.6, s.334.


264
Suleym ibn Qeys Hilali
şı olar”. Əli (ə) buyurdu: “Salman, Əbu Zərr və Miqdada Allah rəhm eləsin! 
O ikisini necə gözəl tanıyırdılar. Onlardan təbərri (uzaqlaşmaları) etmələri və 
onlara lənət demələri nə qədər də şiddətli idi!”.
Dedi: “Ey Möminlərin əmiri! Canım sənə fəda olsun! Onların adını de! Söz 
veririk ki, sənin sevdiyini sevəcək və sənin uzaqlaşdığından uzaqlaşacağıq”. 
Əli (ə) buyurdu: “Ey Əmmar! Söyləsəm səhabələrim öldürülər, camaatım, or-
dumdakı əsgərlərim və yanımda gördüyün insanlar ətrafımdan dağılarlar!

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin