276
Suleym ibn Qeys Hilali
HƏDİS 74
İmam Əli (ə) əvvəlki müqərrəblərin
1
də ağasıdır
Muhəmməd ibn Abbas öz təfsirində yazır: “Əhməd ibn Muhəmməd ibn Səid
hədisindəki şəxslərə istinadla, onlar da Süleym ibn Qeysdən, o da Həsən ibn
Əlidən (ə), o da atasından (ə) Uca Allahın “Və öndə olanlar. Onlar öndədirlər!
Onlar (Allah dərgahına, Allahın lütfünə) yaxınlaşdırılmış kimsələrdir”
2
ayəsi
haqqında belə buyurduğunu nəql edir: “Mən Allaha və rəsuluna öndə olanların
ən öndəyəm, Allaha və rəsuluna ən yaxın olan şəxsəm”.
1
Allaha yaxın bəndələrin
2
“Vaqiə” surəsi, ayə 10-11.
Ali-Muhəmmədin sirləri
277
HƏDİS 75
Əbu Zərr Həcc mərasimində vilayəti bəyan edir
Təbərsi “İhticac” kitabında deyir: Süleym ibn Qeys dedi: Mən və Hənəş
ibn Mötəmərin də iştirak etdiyi Həcc mərasimində Əbu Zərr qalxıb Kəbənin
qapısının haqasından tutub uca səslə camaata səsləndi: Ey camaat, məni ta-
nıyan tanıyır, tanımayanlara isə bildirirəm ki, mən Cundəb ibn Cənadə Əbu
Zərrəm. Sizin Peyğəmbərinizin (s) belə dediyini eşitmişəm: “Mənim Əhli-
Beytim Nuhun gəmisi timsalındadır. Ona minən nicat tapar, tərk edən isə qərq
olar. Həmçinin Bəni-İsrailin arasındakı Hittə qapısı kimidir”. Ey camaat, mən
sizin Peyğəmbərinizin (s) belə dediyini eşitdiyimə şəhadət verirəm: “Sizin ara-
nızda iki şey qoyuram ki, onlara yapışdığınız müddətdə azmayacaqsınız: Alla-
hın kitabı və Əhli-Beytim...”.
Əbu Zərr Mədinəyə qayıtdıqdan sonra Osman onu çağırtdırıb dedi: “Həcc
mərasimində söylədiklərin nədir?” Əbu Zərr dedi: “Peyğəmbərə (s) verdiyim
əhd və onun mənə əmri idi”.
Dedi: “Buna kimsə şahidlik edə bilər?”. Əli (ə) və Miqdad şahidlik etdilər.
Onların üçü də çıxıb getdilər. Osman deyirdi: “Bu və iki dostu özlərini nəsə
hesab edirlər”.
|