Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 76 İmam Həsənin (ə) Müaviyə ilə sülh bağlayarkən



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə210/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   206   207   208   209   210   211   212   213   ...   227
AliMuhemmedin sirleri

278
Suleym ibn Qeys Hilali
HƏDİS 76
İmam Həsənin (ə) Müaviyə ilə sülh bağlayarkən 
söylədiyi xütbə
Təbərisi “İhticac”da, İbn Mutəhhər “əl-Ədədul-qaviyyə” kitabında Süleym 
ibn Qeysdən nəql edirlər: “İmam Əli ibn Əbu Talib oğlu Həsən sülh müqaviləsi 
imzalamaq üçün Müaviyə ilə bir yerdə olduqları vaxt minbərə çıxdı. Allaha 
həmd və səna etdikdən sonra buyurdu:
“Ey insanlar! Müaviyə onu xəlifəliyə layiq gördüyümü və özümü la-
yiq görmədiyimi güman edir. Müaviyə yalan danışdı. Allahın kitabı və 
Peyğəmbərinin (s) dililə insanlara onların özlərindən övlayam.
Allaha and içirəm ki, əgər camaat mənə beyət, itaət və yardım etsəydilər 
səma öz yağışını və yer üzü bərəkətini onlara bəxş edərdi. Sən də, ey Müaviyə, 
xəlifəliyə əsla göz dikə bilməzdin. Həqiqətən Peyğəmbər (s) buyurub: “Araların-
da daha elmli bir şəxs olduğu halda heç bir ümmət rəhbərliyini başqasına həvalə 
etməz. Əks halda başçıları anbaan alçalmağa doğru gedər. Belə ki, buzova ibadət 
edənlər öz dinlərinə qayıdanadək belə davam edər”. Bəni-İsrail Harunun Musa-
nın xəlifəsi olduğunu bildiyi halda onu tərk etdi və buzova ibadət etdilər.
Bu ümmət də Əlini tərk etdi. Halbuki Peyğəmbərin (s) Əliyə belə dediyini 
eşitmişdilər: “Peyğəmbərlik məqamından savayı, sənin mənə nisbətin Harunun 
Musaya nisbəti kimidir. Çünki məndən sonra peyğəmbər yoxdur”.
Peyğəmbər öz qövmündən (Məkkə camaatından) uzaqlaşdı və mağaraya 
sığınmağa məcbur olanadək onları Allaha dəvət etdi. Əgər onlara qarşı yardımı 
olsaydı onları tərk etməzdi. Ey Müaviyə! Mənim də yardımım olsaydı sənə 
beyət etməzdim.
Harunu zəifl ətdikləri, az qala öldürəcəkləri və onun da yardım tapa 
bilmədiyi zaman Allah Haruna ixtiyar və vüsət verdi. Peyğəmbər də (s) onlara 
qarşı yardım tapa bilməyib qövmündən qaçdığı zaman Allah ona da vüsət və 
ixtiyar verdi. Mən və atam da eləyik. Bu ümmət bizi tərk edib bizdən başqasına 
beyət elədikdə və bizim də onlara qarşı yardımımız olmadıqda Allah bizə vüsət 
verdi. Bunlar bir-birinin ardınca gələn sünnət və nümunələrdir.
“Ey insanlar! Şərqlə qərbin arasını gəzsəniz məndən və qardaşımdan sava-
yı yer üzündə Peyğəmbər (s) övladı tapa bilməyəcəksiniz!”


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin