Ali-Muhəmmədin sirləri
287
HƏDİS 84
Ali-Muhəmmədə (s) zülm edənlər üçün şiddətli əzab var
Muhəmməd ibn Abbas öz təfsirində, Kuleyni isə “Rövzətun minəl-Kafi ”
kitabında: Hüseyn ibn Əhməd Maliki, Muhəmməd ibn İsadan,
o da Muhəmməd
ibn Əbu Ümeyrdən (ya Əmirdən), o da Ömər ibn Üzeynədən, o da Aban ibn
Əbu Əyyaşdan, o da Süleym ibn Qeys Hilalidən İmam Əlinin (ə)
belə buyurdu-
ğunu nəql edir: Uca Allahın
“...Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi
qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun”
1
ayəsi
və Ali-Muhəmmədə
zülm eləyənə “
Həqiqətən, Allahın cəzası çox şiddətlidir”.
1
“Həşr surəsi, ayə 7.
288
Suleym ibn Qeys Hilali
HƏDİS 85
Əhli-Beyt (ə) sevgisinə görə qətlə yetirilənlər barədə
Quran ayəsi
Şərafuddin Nəcəfi “Təvilul-ayat” kitabında Süleyman ibn Simaədən,
o
da Abdullah ibn Qasimdən, o da Əbul-Hsən Əzdidən, o da Aban ibn Əbu
Əyyaşdan, o da Süleym ibn Qeys Hilalidən ibn Abbasın belə dediyini nəql edir:
“Axı o hansı günaha görə öldürüldü?” -deyə soruşulacağı zaman...”
1
ayəsi biz Əhli-Beytin (ə) məhəbbətinə görə qətlə yetirilən şəxslər barəsindədir.
1
“Təkvir” surəsi, ayə 9.
Ali-Muhəmmədin sirləri
289
HƏDİS 86
1. Küfr dayaqları
Kuleyni “Kafi ”də Əli ibn İbrahimdən, o da atasından,
o da Həmmad ibn
İsadan, o da İbrahim ibn Əmər əl-Yəmanidən, o da Ömər ibn Uzeynədən, o da
Aban
ibn Əbu Əyyaşdan, o da Süleym ibn Qeys Hilalidən Əmirəl-mömininin
(ə) belə dediyini nəql edir:
“Küfr dörd dayaq üzərində dayanıb: Fisq, ğüluvv, şəkk və şübhə.
Dostları ilə paylaş: