2. Nifaqın dayaqları
Əli (ə) buyurdu: “Nifaq dörd dayaq üzərindədir: həvaye-nəfsə itaət,
asudəlik, qəzəb və tamah.
Həvaye-nəfs əhli
Nəfsin istəklərinə tabe olmaq dörd qisimdir: ədalətsizlik, ədavət, şəhvət və
zülm.
Kim haqsızlıq etsə, nöqsanları artar, tərk edilər və yardım görməz. Ədavət
bəsləyən şəxsin pisliyindən aman olmaz, ürəyi sağalmaz və şəhvətlərdən özünü
saxlaya bilməz. Kim şəhvətlərə görə özünü danlamasa, pisliklərə meyl edər.
Kim zülm etsə, höccətsiz və bildiyi halda azar.
Asudəlik əhli
Asudəlik əhli dörd qisimdir: qürurlanmaq, arzu, heybət (və ya qorxu) və
təxirə salmaq.
1
“Nəcm” surəsi, ayə 55.
Ali-Muhəmmədin sirləri
291
Heybət haqdan uzaqlaşdırar. Təxirə etmək ölüm anına qədər işlərini geri
salar. Əgər arzu olmasaydı insan özünə aid hesabını bilərdi, əgər hesabını
bilsəydi üzüntü və qorxudan qəfl ətən ölərdi. Qürurlanmaq isə insanı əməlində
qüsurlu edər.
Qəzəb
Qəzəb əhli dörd qisimdir: təkəbbür, fəxr etmək, dikbaşlıq və təəssüb.
Kim təkəbbür etsə haqqa arxa çevirər, kim fəxr etsə günah edər, kim dikbaş
olsa günahlarda israr edər, kim təəssübə qapılsa, zülm edər. Sirat üzərində haq-
qa arxa çevirmək, günah işləmək, günahda israr etmək və zülm arasında olan
işlər nəcə də pis işlərdir!
Tamah əhli
Tamah əhli dörd qisimdir: Fərəh, sevinc, inad və çoxluqla öyünmək.
Fərəhlənmək Allah yanında bəyənilməyən əməldir. Sevinc özünü bəyən-
mək dir. İnadkarlıq - günah yükünü daşımağa məcbur qalan kəs üçün bəladır.
Çoxluqla öyünmək əyləncə, oyun, boş məşğuliyyət və yaxşını pisə çevirməkdir.
Bunlar nifaq, nifaqın dayaqları və nifaq əhlidir.
Yaradılışdakı İlahi qanunlar (Sünnətallah)
Allah bəndələri üzərində qalibdir (qəhr edəndir). Zikri yüksək və vəchi
(dini) ucadır. Məxluqları ən gözəl şəkildə yaratmışdır. Onun hər iki əli açıq,
rəhməti hər şeyi əhatə etmiş, əmri zahir və nuru parlaqdır. Bərəkəti dolub
daşmış və hikməti işıq saçmaqdadır. Kitabı şahid, dəlili qalib və dini xalisdir.
Səltənətini zahir olmuş, sözü haqq, tərəziləri ədalətli və rəsulları təbliğ etmişdir.
Pisliyi günah və günahı fi tnə qərar vermişdir. Yaxşılığı razılıq, razılığı tövbə
və tövbəni paklayıcı etmişdir. Tövbə edən hidayət olar. Fitnəyə daxil olan Al-
laha tövbə edib günahlarını etiraf edənə qədər yolda azar. Həlak olacaq kəsdən
başqası Allaha qarşı getməz.
Allah! Allah! Qarşındakı tövbə, rəhmət, müjdə və əzəmətli helm nə geniş-
dir! Yanında olan cəzalar, cəhənnəm və şiddətli bəlalar nə qorxuncdur! Kim Ona
itaətdə zəfər qazansa, kəraməti onu cəlb edər. Kim Ona qarşı günaha mürtəkib
olsa, intiqamının vəbalını dadar. Peşman olmaları az müddət alar!
|