295
HƏDİS 90
Sözün azlığı şəxsin düşüncəli olmasının əlamətidir
Şeyx Tusi “Əmali”də deyir: “Bir dəstə adam Əbu Müfəzzəldən, o da
Əbdürrəzzaq ibn Süleyman ibn Ğalib Əzididən, o da Fəzl ibn Müfəzzəl ibn
Qeys ibn Zəmanə Əşəridən, o da Həmmad ibn İsa Ğəriqdən, o da Ömər ibn
Üzeynədən, o da Aban ibn Əbu Əyyaşdan, o da Sülem ibn Qeysdən Əli ibn Əbu
Talibin (ə) belə dediyini nəql edir:
“Peyğəmbər (s) buyurur: “Adiyyatı olmayan məsələlər barədə az danışmaq
insanın düşüncəli olmasındandır””.
296
Suleym ibn Qeys Hilali
HƏDİS 91
Peyğəmbərin (s) İmam Mehdi (ə) müjdəsi
Əbu Muhəmməd Fəzl ibn Şazan ibn Xəlil “isbatul-rəcəti” kitabında Həsən
ibn Əli ibn Fəzzal və Əbu Nəcrandan, onlar da Həmmad ibn İsadan, o da Ab-
dullah ibn Məskandan, o da Aban ibn Əbu Əyyaşdan, o da Süleym ibn Qeys
Hilalidən Salman Farisinin belə dediyini nəql edir:
Peyğəmbər (s) buyurdu: “Ey camaat, sizi Mehdi ilə müjdələyimmi?!”
Dedilər: “Bəli”. Dedi: “Bilin ki, Uca Allah bu ümmətə yer üzü zülm və
ədalətsizliklə dolduğu bir vaxtda onu haqq və ədalətlətlə dolduracaq bir rəhbər
və imam göndərəcək. O övladlarımdan Hüseynin doqquzuncu övladıdır, adı
adımdan, künyəsi isə künyəmdəndir.
Bilin ki, ondan sonra həyatda heç bir xeyir yoxdur, dövləti yalnız qiyamətdən
qırx gün qabaq sona çatacaq”.
Ali-Muhəmmədin sirləri
297
HƏDİS 92
Göylərdə və yerdə Əlinin (ə) əzəməti
Seyid Nemətullah Cəzairi “Ənvarun-Numaniyyə” kitabında deyir: “Şeyx
Səduq Süleym ibn Qeysə istinadla rəvayət edir ki, Peyğəmbər (s) belə buyur-
du: “Əli yeddinci səmada Günəşin günorta yer üzündə olduğu kimidir, dünya
səmasında isə gecələrdəki ay kimidir.
Uca Allah Əliyə fəzilətlərin bir hissəsini əta etmişdir ki, əgər onu yer əhli
arasında paylaşdırsalar, onların hamısını ehtiva edər. Allah ona düşüncədən də
bir hissə əta etmişdir ki, əgər yer əhli arasında bölünsə, onları bütünlüklə ehtiva
edər.
Onun mülayimliyi Lutun mülayimliyinə, əxlaqı Yəhyanın əxlaqına, zöhdü
Əyyubun zöhdünə, səxavəti İbrahimin səxavətinə, sevinci Süleyman ibn Davu-
dun sevincinə, gücü isə Davudun gücünə bənzədilib.
Onun adı cənnətin hər bir hicabı üzərində yazılmışdır. Rəbbim məni
müjdələyib ki...”
1
1
Hədisin sonunun bizə çatmaması təəssüf doğurur.
|