Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali HƏDİS 93 İmam Əlinin (ə) fəzilətlərindən



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə221/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   217   218   219   220   221   222   223   224   ...   227
AliMuhemmedin sirleri

298
Suleym ibn Qeys Hilali
HƏDİS 93
İmam Əlinin (ə) fəzilətlərindən
Firat öz təfsirində, Həskani “Şəvahidut-tənzil”də deyirlər: “Cəfər ibn 
Muhəmməd ibn Haşim, İbadə ibn Ziyaddan, o da Əbu Muəmmər Səid ibn 
Xəsimdən, o da Muhəmməd ibn Xalid Zəbiy və Adbullah ibn Şərik Amiridən
o da Süleym ibn Qeysdən, o da Həsən ibn Əlidən (ə) bizə nəql edir
1

“O, Allaha həmd və səna etdikdən sonra dedi: ““İlk əvvəl qəbul edib (bu 
işdə başqalarından) irəli düşən (sabiqun) mühacirlərə və ənsara, həmçinin 
yaxşı işlər görməkdə onların ardınca gedən kimsələr....”.
2
İrəli düşənlərin (sa-
biqunlar) sonrakılar üzərində fəziləti olduğu kimi atam Əli ibn Əbu Talibin (ə) 
də irəli düşənlər üzərində bir fəziləti var ki, bu da onları imanda qabaqlamasıdır.
“Məgər siz hacılara su verməyi və Məscidul-həramı təmir etməyi Alla-
ha və qiyamət gününə iman gətirib Allah yolunda cihad edənlərlə eynimi 
tutursunuz?”
3
ayəsilə atam Peyğəmbərin (s) çağırışına cavab verib, onu öz 
canı ilə qoruyub.
Sonra Şəhidlər ağası, əmisi Həmzə, onunla birgə bir çoxları döyüşüb qətlə 
yetirilməsinə baxmayaraq, Həzmə Peyğəmbərə (s) yaxınlığına görə onların 
ağasıdır.
Uca Allah Cəfərin mələklərlə birlikdə cənnətdə dilədiyi yerə uçması üçün 
iki qanad bəxş eləyib. Bu da onun məqamına, Peyğəmbərlə (s) yaxınlığına və 
ona nisbətdə olmasına görədir. Peyğəmbər (s) Həmzə ilə birgə şəhid olanların 
arasından yalnız Həmzə üçün yetmiş dəfə namaz qıldı.
Həmçinin (Uca Allah) Peyğəmbərin (s) xanımlarına ona olan nisbətlərinə 
görə digər qadınlar üzərində bir fəzilət verib. Peyğəmbər (s) məscidindəki na-
mazı İbrahimin (ə) Məkkədə bina etdiyi məsciddən savayı, digər məscidlərdəki 
namazlardan min dəfə üstün tutub. Bu da Peyğəmbərin (s) məqamına və 
fəzilətinə görədir.
Peyğəmbər (s) insanlara salavat deməyi öyrədib və belə demələrini buyu-
rub: “Allahummə salli əla Muhəmməd və Ali-Muhəmməd kəma salleytə əla 
İbrahim və Ali-İbrahim. İnnəkə həmidun məcid” (Tərcüməsi: İlahi, İbrahimə 
1
Bu xütbə kamil şəkildə “Biharul-Ənvar”da c.1, səh.138, 5-ci hədisdə qeyd olunub.
2
“Tövbə” surəsi, ayə 100.
3
“Tövbə” suərsi, ayə 19.


Ali-Muhəmmədin sirləri
299
və onun ailəsinə salavat göndərdiyin kimi Muhəmmədə və ailəsinə də salavat 
göndər). Allahın vacib buyurduğu hər bir namazda bizə salavat demələri bütün 
müsəlmanların üzərində haqqımızdır.
Uca Allah Peyğəmbərə (s) və bizə qəniməti halal elədi, ona sədəqəni haram 
qıldığı kimi bizə də haram buyurdu. Bu, Allahın bizlərə göstərdiyi bir ehtiram 
və fəzilətdir.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin