Ali-Muhəmmədin sirləri
305
HƏDİS 98
Şiələrin insanlar arasındakı mövqeyi
Numan ibn Muhəmməd Təmimi əl-Məğribi “Əmirəl-möminin Əlinin (ə)
fəzilətləri” kitabında Süleym ibn Qeys Hilalidən belə nəql edir: “İmam Əliyə
(ə) dedim: “Yaxınlarım
mənimlə əlaqəni kəsirlər, amma mən hər dəfə onlarla
yenidən
sileyi-rəhm edirəm; məni məhrum qoyurlar,
mən isə onlara hədiyyə
verirəm; acı sözlər söyləyirlər, mən isə bağışlayıram; söyürlər, mən
isə əsla
onların söyüşlərinə cavab vermirəm”.
İmam Əli (ə) buyurdu: “İnsanlardan tikansız yarpaq olacaqlarına əhd alın-
mışdı, amma (bu gün) onlar yarpağı olmayan tikandırlar (və ya tikana çevri-
liblər)”.
Dedim: “Ey Əmirəl-möminin, bəs nə edim?”
Dedi: “Fəqirlik günün üçün onlarla yaxşı rəftar et. Şiələrimiz üç qisimdir:
bir
qismi bizə tərəf gəlir, bir qismi insanlara, bir qismi də dostlarımızı dost
tutub, düşmənlərimizi özlərinə düşmən sayırlar.
Bunlar xeyirxah övliyalar,
hikmət sahibləri və alimlərdirlər. Xoş onların halına, qayıdacaqları yer necə də
gözəldir!”.