Ali-Muhammedin sirleri indd


Beyətdən sonra Əbu Zərrin sözləri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə25/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   21   22   23   24   25   26   27   28   ...   227
AliMuhemmedin sirleri

Beyətdən sonra Əbu Zərrin sözləri
Əbu Zərr və Miqdad beyət etdikdən sonra heç bir söz demədilər. Səhhakın 
oğlu dedi: “Ey Salman, yoldaşların ağzını yumduğu kimi sən niyə yummursan? 
Allaha and olsun ki, sən bu Əhli-Beyti onlardan çox sevmir, onların haqqı-
na onlardan daha çox təzim etmirsən. Gördüyün kimi onlar sakit durub, beyət 
ediblər.
Əbu Zərr dedi: “Ey Səhhakın oğlu, Bizi Ali-Muhəmmədə olan sevgimiz və 
təzimimizləmi qıcıqlandırmaq istəyirsən? Allah onlara qarşı çıxan, onlara iftira 
atan, haqlarına zülm edən, insanları onlara qarşı çıxaran və bu ümməti onlardan 
çevirən kəsə lənət eləsin!”
Səhhakın oğlu dedi: “Amin! Allah onların haqqına zülm edənlərə lənət 
eləsin! Allaha and olsun ki, onların bu məsələdə heç bir haqları yoxdur. Ali-
Muhəmməd bu məsələdə hamı ilə bərabər haqqa sahibdir”. Əbu Zərr dedi: 
“Məgər siz ənsarla onların haqqı barədə mübahisə etmədinizmi?”
Beyətdən sonra İmam Əlinin (ə) sözləri
Əli (ə) Səhhakın oğluna dedi: “Ey Səhhakın oğlu! Bizim haqqımız yox-
dur, amma səninlə bu milçəkyeyənin oğlunun haqqı var?!” Səhhakın oğlu dedi: 
“Dayan ey Əbəl-Həsən, sən artıq beyət eləmisən. Camaat mənim bu dostuma 
razılıqlarını bildiriblər, amma sənə razı olmayıblar. Mənim günahım nədir?!”.
İmam Əli (ə) dedi: “Ancaq Allah və Rəsulu yalnız mənə razı olublar. Sən, 
dostun, sizə tabe olanlar və vəzirləriniz Allahın qəzəbi, əzabı və rüsvayçılığı ilə 
müjdələnin! Vay olsun sənə ey Xəttabın oğlu! Kaş ki, özün üçün nə topladığını 
görəydin! Nədən çıxıb nəyə daxil olduğunu, özün və dostun üçün belinə nə 
yığdığını kaş ki, anlayaydın!”.
Əbu Bəkr dedi: “Ey Səhhakın oğlu, o artıq beyət edib, onun şərindən aman-
dayıq, qoy nə istəyir danışsın”.
Səhifə əhli cəhənnəmdəki tabutdadır
İmam Əli (ə) dedi: “Mən bir şeydən savayı heç nə demirəm: Ey dörd nəfər 
(mən, Əbu Zərr, Miqdad və Zübeyrə üzünü tutub), sizə Allahı xatırladıram. 
Peyğəmbərin (ə) belə dediyini eşitdim: Odda bir tabut var ki, içində on iki 
nəfər adam var, altısı əvvəlki ümmətlərdən, altısı isə bu ümmətdəndir. Onlar 


36
Suleym ibn Qeys Hilali
cəhənnəmin dibindəki bir quyuda, qıfıllanmış bir tabutdadırlar. Bu quyunun 
üzərində də bir qaya parçası var. Uca Allah cəhənnəmi alovlanmasını istədikdə 
quyunun üzərindən daşın götürülməsini əmr edər, cəhənnəm alovlanar və 
şiddətindən həyəcana gələr.
Peyğəmbərdən (s) onların kimliyi barədə soruşdum, siz də buna şahid idi-
niz. Dedi: əvvəlkilərdən olanlar: qardaşını öldürən Adəmin oğlu (Qabil), Fi-
ron, İbrahimlə Rəbbi barədə mübahisə edən və Bəni-İsraildən kitabı və sünnəti 
dəyişən iki kişidir. Onlardan biri yəhudiləri yəhudiləşdirdi, digəri isə xristianları 
nəsrani elədi. Onların altıncısı isə İblisdir. Digər altıda isə: Dəccal və beş nəfər 
səhifə əhlidir. Onlar tağutlarla əhd bağlayıb , ey Əli sənə qarşı ədavətlərinə söz 
veriblər, məndən sonra sənin üzərinə qalxacaqlar. Bunlar fi lan, fi lan şəxslərdir 
deyib hər birinin adı ilə mənə bildirdi”.
Salman dedi: “Biz dedik: Düz buyurdun ey Əli, şəhadət veririk ki, biz bunu 
Peyğəmbərdən (s) eşitmişik”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin