Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə32/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   28   29   30   31   32   33   34   35   ...   227
AliMuhemmedin sirleri

2
  “O kəslər ki, iman gətirmiş və imanlarına 
zülm qarışdırmamışlar”
3
. 
Dedi: “Bəs onlardan üzərlərində böyük günahlar olduğu halda Allahla gö-
rü şənlər?”
Buyurdu: “O Allahın iradəsindədir. Əgər ona əzab etsə, bu, günahına gö-
rədir, əgər bağışlasa, onunla rəhmətilə davranmışdır”.
Dedim: “Allah mömini oda salarmı?”.
Buyurdu: “Bəli, günahlarına görə. Çünki o, Allahın nəzərdə tutduğu 
möminlərdən olmayıb. Uca Allah buyurur: “O, möminlərin vəlisidir”. “O, on-
lara vəlidir”, “Onların nə bir qorxusu, nə də qəmi olmaz”.
4
Bunlar Allahın 
nəzərdə tutduğu möminlərdir.
İmanla (möminlə) İslamın (müsəlmanın) arasındakı fərq
Dedim: “Ey Möminlərin əmiri! İman və İslam nədir?”.
Buyurdu: “İman bildiyin şeyləri təsdiq etməkdir. İslam isə təsdiq etdiklərinə 
təslim olmaq və onlara itaət etməkdir”.
1
“Bəqərə” surəsi, ayə 82.
2
“Yunus” surəsi, ayə 63.
3
“Ənam” surəsi, ayə 82.
4
“yunus” surəsi, ayə 62.


Ali-Muhəmmədin sirləri
45
Dedim: “İman və təsdiq mərifətdən sonradır?”.
Buyurdu: “Allah kimə Özünü, peyğəmbərini və imamını tanıtsa və o da 
itaət etsə, mömindir”.
Dedim: “O zaman, mərifət Allahdan, təsdiq isə bəndədəndir?”.
Buyurdu: “Mərifət, dəvət, dəlil, minnət və nemət Allahdandır. Təsdiq isə 
bəndənin Allahdan qəbul etməsidir. Dilədiyi kimsəyə ehsan edər. Mərifət Al-
lahın qəlbdə yaratdığı bir şeydir. Təsdiq isə Allah tərəfi ndən, ismətindən və 
rəhmətindən qəlbin hərəkətidir.
Cahilə haqq təklifi 
Elə isə Allah hər kimi mərifət sahibi etməsə, ona höccət yoxdur. O şəxs 
ehtiyatlı olmalı, bilmədiyi şeylərə əl atmamalıdır. Allahda onu cahilliyinə görə 
cəzalandırmaz. Yalnız itaətinə görə onu mükafatlandırar və etdiyi günahla-
ra görə də cəzalandırar. Cahil itaət də edə bilər, günah da işləyə bilər. Amma 
mərifət qazanmaya və ya cahil qala bilərmi? Bu qeyri-mümkündür.
Bunlar yalnız məcburiyyət olmadan Allahdan, qəzasından, elmindən, kita-
bından hökmü olmadıqca baş verməz. Çünki, əgər məcbur edilsələr, o zaman 
üzrlü olarlar və şükr etmələri lazım gəlməz.
Hər kim cahil və xəbərsiz olsa, bilmədiyi şeyi bizə həvalə edə bilər. Hər 
kim Allahın nemətlərinə şükr etsə, günahlarından bağışlanma diləsə, itaətkarları 
sevsə və onları itaətlərinə görə tərifl əsə, günahkarlara nifrət etsə və onları 
məzəmmət etsə bu miqdar ona kifayət edər”.
Bu hədisin kitabın qədim “cim” nüsxəsində əlavəsi də var:

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin