Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə33/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   29   30   31   32   33   34   35   36   ...   227
AliMuhemmedin sirleri

Hesab və şəfaət əhli
Buyurdu: “Onlardan bəziləri iqrar və tövhidlərinə görə bağışlanar və 
cənnətə daxil olarlar. Bəziləri isə cəhənnəmdə əzab görərlər. Sonra mələklər, 
peyğəmbərlər və möminlər onlar üçün şəfaət edərlər. Oddan çıxar və Cənnətə 
girərlər. Orada “Cəhənnəmliklər” deyə adlandırılarlar.
Bəziləri də təsdiq əhlidir. Mizan (tərəzi) və hesab yalnız onlar üçündür. 
Çünki yalnız Allahın, Peyğəmbərinin (s), yer üzündəki höccətinin dostları, on-
ları tanıyanlar, məxluqlarının şahidləri və itaət edənlər sorğu-sualsız cənnətə 
girəcəklər.
Onların inadçıları xəbərdar edilənlər, haqqı qəbul etməyənlər və düşmənçilik 
edənlərdir. Allahın düşmənləri sorğu-sualsız cəhənnəmə atılacaqlar. Lakin bu 


46
Suleym ibn Qeys Hilali
iki dəstənin arasındakılar insanların böyük bir əksəriyyətini təşkil edir və bun-
lar mizan, hesab və şəfaət əhlidirlər”.
Dedim: “İçimi rahatlatdın, mənim üçün məsələni aydınlaşdırdın və 
qəlbimə şəfa verdin. Allahdan məni dünyada və axirətdə sənin dostlarından 
qərar verməsini dilə”.
Buyurdu: “İlahi, onu (Süleymi) onlardan qərar ver”.
Sonra üzünü mənə tutub buyurdu: “Peyğəmbərdən eşitdiyim, Salmana, 
Əbu Zərrə və Miqdada öyrətdiyi bir şeyi sənə də öyrətməyimi istəyirsən?”. 
Dedim: “Bəli, ey Möminlərin-əmiri!”.
Buyurdu: “Hər dəfə səhər və axşam de: “İlahi, Məni Sənə imana, 
peyğəmbərin Muhəmmədin və Əli ibn Əbu Talibnin vilayətini təsdiqə və Əhli-
Beytdən olan imamlara bağlanmağa sövq eylə! Ya Rəbb, buna razı oldum”.
Dedim: “Ey Möminlərin-əmiri! Salman, Əbu Zərr və Miqdad bu dua-
nı mənə nəql etmiş, mən də bunu onlardan eşitdiyim vaxtdan bəri əsla tərk 
etməmişəm”.
İmam (ə) buyurdu: “Bundan sonra da tərk etmə”.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin