Ali-Muhammedin sirleri indd


İmanın, küfrün və zəlalətin ən aşağı dərəcələri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə35/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   31   32   33   34   35   36   37   38   ...   227
AliMuhemmedin sirleri

İmanın, küfrün və zəlalətin ən aşağı dərəcələri
Kişi dedi: “Ey Möminlərin-əmiri! İnsanı mömin edəcək, yaxud kafi r edəcək 
və ya zəlalətə salacaq ən kiçik şey nədir?”
Buyurdu: “Sual verdin, elə isə cavabını dinlə. İnsanın mömin sayılacağı 
ən kiçik şey Allahın ona özünü tanıtması və həmin şəxsin də bu mərifətdən 
sonra Onun Rəbliyini və birliyinə təsdiq etməsi; Allahın öz elçisini ona tanıt-
ması, onun peyğəmbərliyin iqrar etməsi; Allahın yer üzündəki höccətini və 
məxluqları üzərindəki şahidini ona tanıtması, həmin şəxsin də onlara itaət 
edəcəyinə qərar verməsidir”.
Kişi dedi: «Ey Möminlərin-əmiri! Bəs, sənin qeyd etdiklərindən başqa 
məsələlər barədə məlumatsız olsa?” 
İmam Əli (ə) buyurdu: “Bəli, nə vaxt ona əmr edilsə itaət etməli və nə vaxt 
qadağan edilsə çəkinməlidir.
İnsanı kafi r edən ən kiçik şey isə: Allahın (qadağan etdiyi halda) ona icra-
sını əmr etdiyini düşünüb həmin məsələni dininə nisbət verməsi; bundan sonra 
Allahın əmr etdiyini sanıb həmin əməllə dindarlıq etməsi, o şeyi din qərar edib 
nədənsə uzaqlaşıb və ya yaxınlaşmasıdır. Halbuki bütün bu hallarda o, Allaha 
qulluq etdiyini zənn edirdi.
İnsanı zəlalətə salan ən kiçik şey isə: Allahın itaətini əmr etdiyi və vilayətini 
vacib buyurduğu yer üzündəki höccətini və məxluqları üzərindəki şahidini ta-
nımamasıdır”.


Ali-Muhəmmədin sirləri
49
Peyğəmbərin (s) on iki imam haqqında aydın sözləri
Kişi dedi: “Ey Möminlərin-Əmiri! Onların adlarını mənə de!” İmam Əli 
(ə) buyurdu: “Onlar Allahın Özünə və peyğəmbərinə yaxınlaşdırdığı şəxslərdir. 
Uca Allah buyurur: “Allaha, rəsuluna və sizdən olan əmr sahiblərinə itaət 
edin”.
1
Kişi dedi: “Onları mənə bəyan et!”
İmam Əli (ə) buyurdu: “Onlar Allah Peyğəmbərinin (s) dünyadan köçdüyü 
gün söylədiyi xütbəsində barələrində belə buyurduğu kəslərdir: “Sizin aranızda 
iki şey qoyuram. Onlara sarıldığınız müddətdə yoldan əsla azmayacaqsınız: 
Allahın kitabı və Əhli-Beytim! Lətif və hər şeydən xəbəri olan (Allah) mənə 
söz verib ki, bu ikisi Hovuzun başında mənə qovuşanadək əsla bir-birlərindən 
ayrılmazlar. İki işarə barmağını yan-yana tutub göstərərək: “Bu ikisi kimi!” 
buyurdu. Ardınca orta və işarə barmağını bir-birinə yaxınlaşdırıb “Bu ikisi kimi 
demirəm. Çünki bu ikisindən biri digərindən öndədir. Elə isə onlara möhkəm 
sarılın ki, yoldan azmayasınız. Onlardan önə keçməyin yoxsa həlak olarsı-
nız, onlardan geridə qalmayın yoxsa bölünüb parçalanarsınız. Onlara bir şey 
öyrətməyin, həqiqətən onlar sizdən daha elmlidirlər” söylədi.
Kişi dedi: “Ey Möminlərin-əmiri! Onun adını mənə söylə!”
İmam Əli (ə) buyurdu: “O, Qədir Xumda Peyğəmbərin (s) təyin etdi-
yi şəxsdir. Qədir Xumda camaata “O sizə öz canınızdan daha övladır (ixti-
yar sahibidir)” deyə bəyan etdi. Sonra oradakılara bunları orada olmayanlara 
söyləmələrini əmr etdi”.
Kişi dedi: “Ey Möminlərin-əmiri, o şəxs sənsən?”
İmam Əli (ə) buyurdu: “Mən onların birincisi və ən fəzilətlisiyəm. Məndən 
sonra oğlum Həsən möminlərə öz canlarından daha övladır. Ondan sonra oğ-
lum Hüseyn möminlərə öz canlarından daha övladır. Ondan sonra Hovuzun 
başında Peyğəmbərə qovuşanadək bir-birinin ardınca Peyğəmbər vəsiləridir”.
Kişi ayağa qalxdı, Əliyə yaxınlaşdı və onun başından öpdü. Sonra dedi: 
“Məni agah elədin, rahatlatdın və ürəyimdə olan hər şeyi aradan qaldırdın”.
1
“Nisa” surəsi, ayə 59.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin