Ali-Muhəmmədin sirləri
53
evimdə olurdu. (Həmin vaxt) Peyğəmbər mənim yanıma gəlirdi. Mən nə vaxt
onun evlərindən birinə getsəm zövcəsini otaqdan çıxarar, məndən və ondan
başqa heç kimsə qalmazdı. Amma mənim evimə gəldikdə Fatimə və iki oğlum-
dan heç biri yanımızdan ayrılmazdı.
Mən soruşduqda cavab verirdi. Mən susduqda, ya da suallarım bitdikdə isə
o danışmağa başlayardı. Ona nazil olub mənə oxumadığı və mənim də təkrarən
ona oxumadığım bir dənə belə ayə yoxdur. Onları mənə imla etdi və mən də öz
xəttimlə yazdım. Bütün bunları anlamağım və əzbərləməyim üçün də Allaha
dua etdi.
Allahın kitabından əzbərlədiyim, təfsirini mənə öyrətdiyi və yazdığım heç
bir ayəni unutmadım. Peyğəmbər (s) halal və haramlardan, əmr və qadağan-
lardan, itaət və günahlardan, qiyamətə qədər olan və olacaqlardan Allahın ona
öyrətdiyi heç bir şeyi tərk etmədən hamısını mənə öyrətdi. Mən də əzbərlədim
və onlardan bir hərfi ni belə unutmadım. Sonra əlini sinəmə qoyaraq Allahın
sinəmi elm, fəhm, fi qh, hikmət və nur ilə doldurmasını, əsla cahil olmayacağım
şəkildə öyrətməsi, unutmayacağım şəkildə əzbərlətməsi üçün dua etdi.
Bir gün ona dedim: “Ey Allahın peyğəmbəri! Mənim üçün dua etdiyin
gündən bəri mənə öyrətdiklərindən heç bir şeyi unutmadım. Elə isə niyə mənə
imla edirsən və mənim onları yazmağımı buyurursan? Mənim unudacağım-
dan qorxursan?” Buyurdu: “Ey qardaşım! Sənin cahil olacağın və unudaca-
ğın barədə əsla qorxum yoxdur. Sənin və səndən sonra gələcək şəriklərinin
barəsində etdiyim duanı Allah qəbul etdiyini mənə bildirib”.
Dostları ilə paylaş: