Ali-Muhammedin sirleri indd


Cəməl, Siffi n və Nəhrivan müharibələri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə42/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   38   39   40   41   42   43   44   45   ...   227
AliMuhemmedin sirleri

Cəməl, Siffi n və Nəhrivan müharibələri
Sonra Təlhə və Zübeyr öz istəklərilə və məcbur edilmədən Əliyə (ə) beyət 
elədilər. Bir müddətdən sonra isə beyətlərini pozub xəyanət etdilər. Ardınca 
Əffanın oğlu qisasının tələbkarı kimi Humeyranı özlərilə Bəsrəyə apardılar. 
Bir müddətdən sonra da Müaviyə Əffanın oğlunun qisası tələbilə şamlıların 
üsyanını hazırladı və bizimlə savaşa çıxdı. Sonra da Hərurə əhli
1
“Allahın ki-
tabı və Peyğəmbərin sünnəsilə hökm et” şüarı ilə Möminlərin əmirinə (ə) qarşı 
çıxdılar. Əgər şərt kimi irəli sürdükləri həmin iki şeylə hökm etsəydilər Alla-
hın kitabında və Peyğəmbərin sünnəsində Əlinin Möminlərin əmiri olduğunu 
bilərdilər. Nəhrivan əhli ona qarşı çıxdılar və onunla savaşdılar.
İmam Həsən (ə) və İmam Hüseynin (ə) beyətindən 
dönmək və onlara xəyanət
Atasından sonra imam Həsənə (ə) beyət etdilər və onunla əhdləşdilər. 
Amma əhdlərini pozdular və onu yalnız qoydular. Onun üzərinə elə atıldılar 
ki, hətta xəncərlə ayağını deşdilər. Ordudakı çadırına göz dikib və zövcələrinin 
ayaq bilərziklərini oğurladılar.
Yardımı olmadığı üçün Müaviyə ilə sülh bağladı. Beləcə özünün, Əhli-
Beytinin və şiələrinin canını qorudu. Onlar həqiqətən çox az idilər. 
Sonra on səkkiz min kufəli imam Hüseynə (ə) beyət etdi. Amma xəyanət 
edib, ona qarşı çıxıb qətlə yetirənədək onunla savaşdılar.
Ziyad, İbn Ziyad və Həccac dövründə şiələrin 
məzlumiyyəti
Peyğəmbərin (s) vəfatından bəri biz Əhli-Beyti zillətə salır, hörmətdən düşü-
rür, məhrum qoyur, qətlə yetirir və sürgün edirlər. Özümüzün və bizi sevənlərin 
qanlarının tökülməsindən qorxuruq. Yalançılar isə yalanları sayəsində məqam 
əldə elədilər, şəhərlərin rəhbərliyinə, hakimlərinə və məmurlara yaxınlaşdılar. 
1
Xəvariclərin toplandıqları yer Hərurə idi. Bu səbəbdən onlara Hərurə əhli də deyilir.


Ali-Muhəmmədin sirləri
57
Düşmənlərimiz özlərindən əvvəlki rəhbərləri barədə yalan və batil hədislər 
nəql edirlər. Məmurlara və hakimlərə yaxınlaşmaq üçün bizə yalan və böhtan 
atmaqla gözdən salır, söyləmədiyimiz sözləri adımızdan nəql edirlər.
Bunların ən böyüyü və ən çoxu imam Həsənin (ə) ölümündən sonra 
Müaviyənin zamanında oldu. Hər yerdə şiələr öldürülür, əlləri və ayaqla-
rı kəsilirdi. Bizim məhəbbətimiz və bizə bağlılıq səbəbilə hər cür böhtan və 
zənnlə onları dara çəkirdilər.
Bu bəlalar imam Hüseynin (ə) qətlindən sonra İbn Ziyadın zamanına qədər 
getdikcə şiddətləndi və artdı. Sonra Həccac gəldi, şiələrimizi hər cür cinayət
hər cür zən və böhtanla qətlə yetirdi. Belə ki, əgər bir kəs üçün kafi r və ya 
məcusi deyilməsi onun üçün “Hüseynin şiəsi” deyilməsindən daha xoş idi!!!

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin