Ali-Muhammedin sirleri indd


Cəməlin tarixi və hədislərdəki təhrifl ər



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə43/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   39   40   41   42   43   44   45   46   ...   227
AliMuhemmedin sirleri

4. Cəməlin tarixi və hədislərdəki təhrifl ər
Bəzən xeyirlə xatırlanan bir şəxsi görürsən, bəlkə də həqiqətdə də təqvalı 
və doğru danışandır. O keçmiş rəhbərlərin fəzilətləri barədə azdırıcı və təəccüb 
doğuran hədislər nəql edir. Lakin Allah onlardan heç birini qəti olaraq buyur-
mamışdır. O belə hədislərin ravilərinin çoxluğu, onların yalançı və təqvasız 
şəxs kimi tanınmamaları səbəbindən bu sözlərin doğru olduğunu zənn edir. On-
lar Əli (ə), Həsən (ə) və Hüseyn (ə) barədə qəbih şeylər nəql edirlər. Allah bilir 
ki, onlar bu barədə nə qədər yalan, batil və böhtanlar nəql etmişlər!”.
Uydurma hədislərdən nümunələr
Aban ona belə dediyini söyləyir: “Allah sənə xeyir nəsib eləsin! Onlardan 
bir neçəsini mənə söylə”. Buyurdu: “Rəvayət edirlər: “O ikisi cənnət qocala-
rının ağalarıdır”; “Səhhakın oğluna ilham olur”; “Mələklər ona təlqin edirlər”; 
“Aramlıq Səhhakın oğlunun dililə danışır”; “Mələklər Əffanın oğlundan uta-
nır”; “Mənim səma əhlindən bir və yer əhlindən bir vəzirim var”
1
; “Məndən 
sonra gələnlərə itaət edin”; “Sakit ol, Hira! Üzərində Peyğəmbər, Siddiq və 
Şəhiddən başqası yoxdur!”. Ta ki, İmam Baqir (ə) onların haqq zənn etdikləri 
yüzdən çox hədis söylədi. Sonra buyurdu: “Allaha and olsun ki, bunların hamı-
sı yalan və böhtandır!”.
Aban dedi: “Allah sənə xeyirlər nəsib etsin! Bunlardan heç bir şey doğ-
ru deyil?” Buyurdu: “Bəziləri uydurulmuş, bəziləri də təhrif edilmişdir. Təhrif 
1
“Ğədir”də bu kitaba (c.5, səh.318) istinadən nəql olunana əsasən isə: “Mənim səma əhlindən 
iki və yer əhlindən də iki vəzirim var. Bunlar Cəbrail və Mikail, yer əhlindən isə Əbu Bəkr 
və Ömərdir”.


58
Suleym ibn Qeys Hilali
olanlardan: “Ey Hira! Sənin üzərində Peyğəmbər, Siddiq və şəhid olan Əli 
var!”. Peyğəmbərin (s) sözündə məqsəd bu idi. Dağ da bunu qəbul etdi.
1
Bunun 
bənzəri də var: “Peyğəmbər, Siddiq və Şəhid sənin üzərində olduqları halda 
necə mübarək olmayasan?!”. Bu sözdə məqsəd yenə Əlidir (ə). Qeyd etdiyimiz 
digər hədislərin hamısı isə yalan, böhtan və batildir.
İlahi, Muhəmməd ümmətinin ondan sonra Mehdinin zühuruna qədər ixtilaf 
etdikləri məsələlərdə sözümü Peyğəmbərin (s) və Əlinin (ə) sözü qərar ver!”
1
Buradakı təhrif məna təhrifi dir.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin