Ali-Muhammedin sirleri indd


(pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!”



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə48/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   44   45   46   47   48   49   50   51   ...   227
AliMuhemmedin sirleri

(pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!”
2
 ayəsini endir-
di?! O zaman Peyğəmbər (s) məni, Fatiməni və iki oğlum Həsən və Hüseyni bir 
yerə toplayıb üzərimizə kisasını örtərək “İlahi, bunlar mənim Əhli-Beytim və 
qohumlarımdır. Onlara acı verən şeylər mənə də acı verir, onlara əziyyət edən 
şeylər mənə də əziyyət edir və onları sıxan şeylər məni də sıxır. Pislikləri onlar-
dan uzaqlaşdır və onları pak et!” deyə dua etdi. Ümmü Sələmə: “Ya Peyğəmbər! 
Mən də gəlimmi?” deyə soruşduğunda, Allahın Elçisi (s): “Sən xeyir üzrəsən! 
Amma bu ayə xüsusi olaraq yalnız mənim, qardaşımın, qızım Fatimənin, iki 
1
Yəni Zeyd ibn Ərqəm, Bərra, Əbu Zərr, Miqdad və Əmmar ibn Yasir şahidlik etdikdən sonra 
oturdular.
2
“Əhzab” surəsi, ayə 33.


66
Suleym ibn Qeys Hilali
oğlumun və oğlum Hüseynin nəslindən gələcək doqquz nəfərin haqqındadır. 
Onlardan başqa heç kim bizimlə birlikdə deyil” buyurdu.
Orada olanlar dedilər: “Şəhadət veririk ki, Ümmü Sələmə bu hadisəni bizə 
şəxsən danışıb. Biz də Peyğəmbərdən (s) soruşduq. O da Ümmü Sələmənin 
nəql etdiyi kimi hadisəni eynilə bizə danışdı”.
Sonra İmam Əli (ə) dedi: “Allahı sizə şahid tuturam! Əli (ə) buyurdu: “Uca 
Allahın öz kitabında belə buyurduğunu bilmirsiniz: “Ey iman gətirənlər! Al-
lahdan qorxun və doğru olanlarla (sadiqlərlə) birgə olun!”
1
Salman dedi: “Ya 
Peyğəmbər, bunlar ümumi və ya xüsusi insanlardır?”. Peyğəmbər (s) buyurdu: 
“Əmr olunanlar ümumidir. Çünki möminlər buna əmr olunublar. Sadiqlər isə 
xüsusi olaraq qardaşım Əli ibn Əbu Talib və qiyamət gününədək ondan sonrakı 
vəsilərdirlər”. Onlar: “Bəli, şahidik!” dedilər.
İmam Əli (ə) dedi: “Allahı sizə şahid tuturam! Təbuk savaşında Peyğəmbərə 
(s) demədimmi: “Ya Peyğəmbər, məni niyə burada qoyursan (özünlə döyüşə 
aparmırsan)?” Buyurdu: “Ey Əli, mən və ya sən olmasan Mədinə asayişdə ol-
maz. Sənin mənə nisbətin Harunun Musaya nisbətidir, sadəcə məndən sonra 
peyğəmbər yoxdur”. Dedilər: “İlahi, şahidik!”
Sonra buyurdu: “Allahı sizə şahid tuturam, Allah “Həcc” surəsində: “Ey 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin