Ali-Muhammedin sirleri indd


Süleym ibn Qeys Hilalinin həyatı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə5/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   2   3   4   5   6   7   8   9   ...   227
AliMuhemmedin sirleri

Süleym ibn Qeys Hilalinin həyatı
Əbu Sadiq Süleym ibn Qeys əl-Hilali əl-Amiri əl-Kufi . 
İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və İmam Əli ibn Hüseyn 
Səccadın (ə) xas səhabələrindən və yaxın dostlarından olub. İmam Muhəmməd 
Baqiri (ə) də görmüşdür. Bunu Bərqi, Tusi və İbn Nədim də qeyd etmişdir. 
Dörd İmamın (ə) yaxın dostlarından və inandıqları şəxslərdəndir. İmamla-
rın (ə) yanında xüsusi bir məqamı vardır.
Süleym İbrahim peyğəmbərin (ə) oğlu İsmayılın (ə) nəslindən olan Bəni-
Hilal ibn Amiri qəbiləsindəndir. Onlar Hicazda yaşayan Ədnanilərdəndirlər. 
Onlardan bir qismi bu günədək orada yaşayır. Sonradan Qeysin babaları Şama 
və İraqa köçmüşlər.
Süleym hicrətdən iki il əvvəl Kufədə dünyaya göz açıb. Peyğəmbər (s) vəfat 
edərkən onun iki yaşı vardı. Nə Peyğəmbərin (s) və nə də Əbu Bəkrin dövründə 
Mədinədə olmayıb. O, on beş yaşında bir gənc ikən Ömərin hakimiyyətinin 
ilk dövrlərində, hicrətin 16-cı ilinin əvvəllərində Mədinəyə gəlib. Bu səbəbdən 
Səqifə hadisəsi və Xanım Fatimənin (ə) şəhadəti əsnasında olan hadisələrə 


Ali-Muhəmmədin sirləri
9
şəxsən şahid olmadı. O səbəbdən də Səqifə hadisəsini İmam Əlidən (ə), Salman-
dan, Miqdaddan, Əbu Zərdən, İbn Abbasdan və Bərra ibn Azibdən nəql edib.
Mədinəyə gəlməsiylə birlikdə o zamanın abu-havası, mədəni və elmi 
şərtləri Süleymin diqqətini çəkdi. Camaat Peyğəmbərin (s) Əhli-Beytini (ə) tərk 
etmiş və elm şəhərinin qapısı olan Əlini (ə) evdə oturmaga məcbur eləmişdilər. 
Savadsızlığı üstün tutub cahiliyyə dövrünə geri qayıdırdılar.
Digər tərəfdən hakimiyyəti qəsb edən rəhbərlər camaatın dindən uzaq-
laşması və dini təlimlərin unudulması üçün Peyğəmbərin (s) sözlərini və 
hərəkətlərini yazıb toplamağı və başqalarına nəql etməyi qadağan etmişdilər. 
Müsəlman cəmiyyətində İslamdan geriyə yalnız quru adının qalması üçün 
əllərindən gələni əsirgəmirdilər.
Ətiqin (Yaşlı səhabənin) hakimiyyəti zamanı yaranan bu vəziyyətə 
Səhhakın oğlunun dövründə daha da şiddətləndi. Bu dövrdə dini təlimləri yazıb 
çoxaltmaq istəyənlər həbsə atılır, döyülür və yazdıqları yandırıldı. Süleym ibn 
Qeys gənc yaşlarında belə qaranlıq və narahat bir mühitə daxil olmuşdu.
Süleym bu zalım mühiti görüb qollarını çırmaladı və gizlicə İslam təlimlərini, 
tarixini toplamağa və yazmağa başladı. Onun məqsədi gələcək nəsillərin Əhli-
Beytdən (ə) və dinin maarifi ndən xəbərdar olmaları və xilafəti qəsb edənlərin 
xəyanət və zəlalətlərinin cəmiyyətə sirayət etməsinə mane olmaq idi. Süleym 
bu məqsədinə çatmaq üçün həqiqəti tapdıqdan sonra Möminlərin əmiri Əli (ə) 
və onun dəyərli dostları Salman, Əbu Zərr, Miqdad və digərləri ilə əlaqəsini 
gücləndirdi, Əhli-Beytin (ə) bol sulu çeşməsindən özünü sirab etdi.
Həmin dövrün başçılarının gözlərindən uzaq düşmüş Peyğəmbərin 
səhabələrindən eşitdiklərini yazır və tarixi hadisələrin incəliklərini xəbər alırdı. 
Eyni zamanda Peyğəmbərin (s) digər səhabələrilə də əlaqə yaradır və onların 
məlumatlarından da faydalanırdı.
Hicrətin XXIII ilində Osman hakimiyyətə gəldi. Bu zamanda Süleym 
İmam Əlinin (ə) yaxın dostlarından sayılırdı. Əvvəlki qadağaların eynilə da-
vam etməsinə və daha da şiddətlənməsinə baxmayaraq gizlicə tarix və hədis 
yazmağa davam edirdi.
Osmanın dövründə də Süleymin Əbu Zərr və Miqdadla güclü əlaqəsi vardı. 
Bu illərdə Süleym Əbu Zərlə birlikdə həccə getmiş, onun söylədiklərini 
qeyd eləmiş və onunla Mədinəyə qayıtmışdı. Həmçinin Əbu Zərr Rəbəzəyə 
sürgün edildikdə Süleym onu orada ziyarətə getmişdi.
İyirmi beş illik ictimai, mədəni və düşüncələrə istiqamətlənmiş təzyiqlərin 
ardından hicrətin XXXV ilində İmam Əli (ə) haqqı olan xilafətə çatdı. İmkan 


10
Suleym ibn Qeys Hilali
tapa bildiyi qədərilə dinə gətirilən bidətləri aradan qaldırmağa və cəhalətin 
zülmətlərini İslam cəmiyyətindən təmizləməyə çalışdı.
Süleym həmin vaxtlarda qələmilə haqqın yardımçısı olduğu kimi qılıncı ilə də 
haqqa yardım edirdi. Şəxsən döyüşlərdə iştirak edir, ordunun ən ön sıralarında da-
yanır və İmam Əlinin (ə) beş fədaisindən biri kimi döyüşə atılırdı. O halda da döyüş 
meydanlarında gördüklərini kitabına qeyd edirdi. Həmin zamanlarda 38 yaşı vardı.
Süleym ibn Qeys Möminlərin əmiri (ə) ilə birlikdə Mədinədən Bəsrəyə 
gəldi. Cəməl döyüşünün əvvəlindən sonunadək İmam Əlinin (ə) beş min 
fədaisindən biri olaraq döyüş meydanının ən ön sırasında vuruşdu. O, Cəməl 
döyüşünə qatılan əsgərlərin sayını, şəxslərin xüsusiyyətlərini, döyüşün gedi-
şi və ondan sonra Bəsrədə olanları, hətta İmam Əlinin (ə) döyüşdən sonrakı 
xütbələrini belə kitabında qeyd etdi.
Hicri 36-cı ilinin ortalarında Möminlərin əmiri (ə) ilə birlikdə Bəsrədən 
Kufəyə gəldi və oradan da İmamın (ə) ordusunun başçılarından biri kimi Siffi nə 
hərəkət etdi. Hicri 38-ci ilə qədər on yeddi ay davam edən bu döyüşdə iştirak 
elədi. Eyni zamanda döyüşün ən şiddətli və son günləri olan, 70 min nəfərin 
öldürüldüyü Hərir gecəsində də şəxsən hazır oldu. O zaman təxminən ömrünün 
qırxıncı ilində idi.
O, kitabında İmam Əlinin (ə) Müaviyə ilə yazışmalarını diqqətlə qeyd 
elədi və İmamın (ə) döyüşdəki xütbələrini yazdı. Həmçinin Hərir döyüşünün 
səbəblərini, “İki hakim” hadisəsini və Quran səhifələrinin mizraqlara keçiril-
məsini də kitabında yazdı.
Siffi n döyüşündə bir rahibin müsəlman olmasını və İsa peyğəmbərin 
(ə) kitablarını İmam Əliyə (ə) təhvil verməsinin də şahidi oldu və hadisənin 
bütünlüklə kitabda qeyd elədi.
Hicrətin 40-cı ilində Nəhrivan döyüşündə Süleym də iştirak elədi və bu 
döyüşdə baş verənləri qeyd etdi. Sonra Süleym Möminlərin əmiri (ə) ilə bir lik-
də Müaviyəyə qarşı yeni döyüşə hazırlaşarkən Ramazan ayında İmam Əli (ə) 
şəhid oldu. 
O, Möminlərin əmirinin (ə) yaxın dostlarından idi. Həzrətin son üç günündə 
yanından ayrılmadı və vəsiyyətnaməsini İmamın (ə) mübarək ağzından şəxsən 
eşitdi.
Süleym Möminlərin əmirinin (ə) şəhadətindən sonra İmam Həsənin (ə) ən 
yaxın və vəfalı dostlarından oldu. Müaviyə sülh adı altında Kufəyə girdikdə 
Süleym orada olmuş və İmam Həsənin (ə) Müaviyəyə qarşı söylədiyi xütbəni 
qeyd etmişdir.


Ali-Muhəmmədin sirləri
11
Müaviyənin hökumətdə olduğu müddətdə Süleym elmi fəaliyyətlərinə 
da vam etdi. Müaviyənin dinə gətirdiyi bidətləri və işlədiyi cinayətləri, hədis 
təhrifl ərini və uydurulmasını, Müaviyənin zülmlərini kitabda yazdı.
İmam Həsənin (ə) şəhadətindən sonra Süleym İmam Hüseynin (ə) yaxın və 
sadiq dostlarından biri oldu. Bu dövrdə yaşı əlliyə yaxınlaşmışdı.
Ziyad hicri 49-cu ildə Müaviyə tərəfi ndən Kufəyə vali təyin edildikdə Sü-
leym gizlənərək canını qorumağı bacarmışdı. Hətta Ziyadın katibi ilə qurduğu 
gizli əlaqə sayəsində Müaviyənin göndərdiyi gizli məktubunu ələ keçirmiş və 
əhəmiyyətli bir tarixi sənəd olaraq gələcək nəsillərə ötürmüşdür. Bu məktubu 
Süleymdən başqa heç kim şahid olmamışdır.
Hicrətin 50-ci ilində Müaviyə həcc bəhanəsi ilə Mədinəyə gəldikdə Süleym 
də Kufədən Mədinəyə gəldi. Orada Müaviyənin Məkkə və Mədinə səfərləri, 
İmam Əli (ə) şiələrinə qarşı etdikləri barədə məlumatlar topladı.
Hicrətin 58-ci ilində, Müaviyənin ölümündən iki il əvvəl İmam Hüseyn (ə) Mi-
nada yeddi yüzdən çox Peyğəmbər (s) səhabəsini və tabeini bir yerə topladı, Müaviyə 
əleyhinə bir xütbə söylədi. Süleym bu xütbədə iştirak etdi və İmam Hüseynin (ə) 
sözlərinin hamısını yazdı. O günlərdə ömrünün altmış ilindən çoxu keçmişdi.
Hicri 61-ci ildə Kərbəla hadisəsi baş verdi. Həmin dövrün tarix səhifələrində 
Süleym haqqında bir məlumata rast gəlinmir. Böyük ehtimalla o da İbn Ziyadın 
həbs etdiyi adamlardan biri idi ki, İmam Hüseynə (ə) də bu səbəbdən yardım 
edə bilmədi.
İmam Hüseynin (ə) şəhadətindən sonra Süleym İmam Səccadın (ə) yaxın 
dostlarından oldu və İmam Muhəmməd Baqirin (ə) xidmətində dayandı. İmam 
(ə) o zaman yeddi yaşında və ya daha böyük idi. Bu illərdə Hicazda Abdullah 
ibn Zübeyrin üsyanı və İraqda Muxtar Səqəfi nin qiyamı davam edirdi. Amma 
Süleymin kitabında və onun həyatında bu hadisələr haqqında bir söz yoxdur. 
Hicrətin 75-ci ilində Həccac ibn Yusif Səqəfi Əbdülməlik ibn Mərvan 
tərəfi ndən İraqa vali təyin edildi və Kufə şəhərinə gəldi. Həccacın təqib etdiyi 
ilk şəxslərdən biri də Süleym idi. Çünki onun Möminlərin əmiri İmam Əli (ə) 
ilə əlaqəsi və keçmişi hamıya məlum idi.
Bu səbəblə Həccac Kufəyə gəldikdə Süleym ibn Qeysin kitabını da götü-
rüb şəhərdən qaçdı və İranda, Şiraz şəhəri yaxınlarında böyük bir şəhər olan 
Novbəndəcana məskunlaşdı. Süleym bu qaçışı zamanı yetmiş yeddi yaşında 
idi.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin