Ali-Muhammedin sirleri indd


Şahidlik məclisinin vəsfi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə50/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   46   47   48   49   50   51   52   53   ...   227
AliMuhemmedin sirleri

Şahidlik məclisinin vəsfi 
Sonra Əli (ə) suallarına davam etdi, Allahı oradakılara şahid tutdu və hər bir 
şeyə and içdirdi. Sonadək bütün üstünlük və fəzilətlərini saydı, Peyğəmbərin (s) 
söylədiklərinin çoxunu onlardan soruşdu. Onlar da bütün bunları təsdiqlədilər 
və həqiqət olduğuna şahidlik etdilər.
Süleym deyir: “Allahın məxsusi olaraq onun və Əhli-Beyti haqqında Qu-
randa nazil etdiyi, Peyğəmbərin (s) dilindən söyləndiyi nə varsa, hamısına Al-
lahı onlara şahid tutdu. Oradakılardan bəziləri bir ağızdan ”Bəli” deyir, bəziləri 
susur və bir dəstə də “Allaha and olsun, elədir” deyirdilər. Susanlar təsdiq 
edənlərə: “Siz bizim nəzərimizdə etibarlı şəxslərsiniz və sizdən başqa inandı-
ğımız digər şəxslər də bunları Peyğəmbərdən (s) eşitdiklərini bizə bildiriblər” 
deyirdilər.
İmam Əli (s) dedi: “Peyğəmbərin əlini başımın üzərinə qoyaraq: “Məni 
sevdiyini zənn edən və Əliyə kin bəsləyən şəxs həqiqətən yalançıdır və məni 
sevməmişdir” demədimi?. Həmin vaxt bir nəfər: “Bu necə ola bilər ki, Ya 
Peyğəmbər?” deyə soruşmuşdu. Peyğəmbər (s) cavabında buyurdu: “Çünki o, 
məndəndir və mən də ondanam. Onu sevən məni və məni sevən də Allahı sev-
mişdir. Ona kin bəsləyən mənə kin bəsləmiş və mənə kin bəsləyən də Allaha 
kin bəsləmişdir”. Bunu təsdiq edirsiniz?” 


68
Suleym ibn Qeys Hilali
Fəzilət sahiblərindən iyirmiyə yaxın şəxs: “Allaha and olsun, bəli!” dedilər. 
Digərləri susdular.
İmam Əli (ə) susanlardan soruşdu: “Niyə susursunuz?” Onlar dedilər: 
“Şahidlik edənlər bizim nəzərimizdə inanılan şəxslərdirlər. Düzgünlüklərində, 
fəzilətlərinə və üstünlüklərinə şübhəmiz yoxdur”. İmam Əli (ə) buyurdu: “İlahi, 
onlara şahid ol!” Dedilər: “İlahi, biz Peyğəmbərdən (s) eşitdiklərimizdən, bun-
lar və bunlardan savayı digər inandığımız şəxslərdən bu sözləri Peyğəmbərdən 
(s) eşidib bizə nəql etdiklərinə şahidlik edirik”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin