Ali-Muhammedin sirleri indd


Səhhak oğlunun yaratdığı şura



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə54/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   50   51   52   53   54   55   56   57   ...   227
AliMuhemmedin sirleri

Səhhak oğlunun yaratdığı şura 
Sonra İmam Əli (ə) üzünü Təlhəyə, Zübeyrə, Əbdürrəhman ibn Ovfa və Sad 
ibn Əbu Vaqqasa tutub dedi: “Allaha and olsun, əgər o beş nəfər Peyğəmbərə ya-
lan isnad etdilərsə, vilayət və itaətləri sizə halal deyil. Əgər doğru söylədilərsə, 
məni özünüzlə birgə şuraya layıq bilməniz halal deyil. Çünki bu halda məni 
şuraya layıq bilmək Peyğəmbərin (s) sözünə qarşı çıxmaqdır”.
Xilafət və imamət yalnız on iki (ə) nəfərə məxsusdur
İmam Əli (ə) üzünü camaata tutub dedi: “Aranızdakı məqamım və barəmdə 
bildiklərinizi söyləyin! Mən sizin nəzərinizdə doğru danışan, yoxsa yalançı bir 
şəxsəm?” Dedilər: “Xeyr! Sən düzgün və hər vaxt doğru danışan şəxssən. Allaha 
and olsun, sənin nə cahiliyyət dövründə, nə də İslamdan sonra bir dəfə olsun ya-
lan danışdığını görmədik”. İmam Əli (ə) buyurdu: “Biz Əhli-Beytə peyğəmbərlik 
lütf edən, Muhəmmədi bizdən qərar verən və ondan sonra bizə kəramət göstərib 
möminlərə imam edən Allaha and olsun ki, bizdən başqası onun adından təbliğ 
edə bilməz, xəlifəlik və imamlıq bizdən başqasına layiq olmaz. Allah biz Əhli-
Beytlə bərabər heç kim üçün xilafətdə bir haqq və nəsib qoymamışdır.
Allahın rəsulu (s) peyğəmbərlərin sonuncusudur. Ondan sonra nə bir 
peyğəmbər və nə də bir rəsul yoxdur. Peyğəmbərlik onunla və səmavi kitab-
lar isə Quranla qiyamətə qədər xətm olunmuşdur. Allah bizi Muhəmməddən 
(s) sonra yer üzündə xəlifələri, məxluqları üzərində şahidləri qərar vermiş və 
bizə itaət etməyi kitabında vacib buyurmuşdur. Bir çox ayələrdə bizi Özünə və 
Peyğəmbərinə yaxınlaşdırıb. Allaha and olsun ki, O, Muhəmmədi peyğəmbər, 
bizi də ondan sonra məxluqları arasında xəlifələr və şahidlər etmişdir. Endirdi-
yi kitabda bizə itaəti vacib buyurmuşdur. Sonra Allah bunları ümmətinə təbliğ 
etməyi Peyğəmbərə (s) əmr etmiş və o da Allahın əmr etdiyi kimi onlara çat-
dırmışdır.



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin