Ali-Muhammedin sirleri indd


Quran indiki zamanda da mövcuddur



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə58/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   54   55   56   57   58   59   60   61   ...   227
AliMuhemmedin sirleri

Quran indiki zamanda da mövcuddur
Təlhə dedi: “Ya Əbul-Həsən! Mənim Quran haqqındakı sualımı cavablan-
dırmadın. (öz Quranını) camaata göstərməyəcəksən?” Əli (ə) buyurdu: “Ey 
Təlhə! Bilərəkdən sənə cavab verməkdən yayındım!”
Təlhə dedi: “Elə isə, mənə Ömər və Osmanın yazdıqlarından xəbər ver. 
Həmin kitablar Quranın hamısıdır, yoxsa onda Qurandan bəzi şeylər yoxdur?” 
Əli (ə) dedi: “Bəli, kitabın hamısı Qurandır. Əgər onda olanlara sarılsanız ni-
cat tapar və Cənnətə girərsiniz. Həqiqətən də orada bizim dəlilimiz, işimizin 
bəyanı, haqqımız və bizə itaətin zəruriliyi vardır”. Təlhə dedi: “Hazırda bütün 
Quran budursa, cavab mənə yetərlidir!”
Sonra Təlhə dedi: “Mənə yazdığın Quran, onun təvili, halal və haramla-
rın elmi haqqında xəbər ver. Özündən sonra onu kimə verəcəksən və sahibi 


76
Suleym ibn Qeys Hilali
kim olacaq?” Əli (ə) dedi: “Peyğəmbərin (s) miras qoymağımı əmr etdiyi şəxsə 
verəcəyəm”. Təlhə dedi: “O kimdir?” Əli (ə) buyurdu: “Mənim vəsim və məndən 
sonra insanların övlası (üstünü) bu oğlum Həsəndir. Oğlum Həsən vəfat edərkən 
onu oğlum Hüseynə ötürəcək. Sonra bir-biri ardınca Hüseynin öv 
ladlarına 
keçəcək və onların sonuncusu hovuzunun kənarında Peyğəmbərlə (s) görüşənə 
qədər belə olacaq. Onlar Quranla və Quran da onlarladır. Onlar Qurandan və 
Quran da onlardan ayrılmaz.
Qüreyş qəbilələrindən olan on iki zəlalət imamı
Amma Müaviyə və oğlu Əffanın oğlundan sonra hakimiyyətə gələcəklər. 
Bu ikisinin ardından Həkəm ibn Asın övladlarından yeddi nəfər bir-birinin ar-
dınca hakimiyyətə gələcəklər və zəlalət imamları on iki nəfərlə tamamlanacaq. 
Onlar Peyğəmbərin (s) öz minbəri üzərində gördüyü kəslərdir. Onun ümmətini 
yenidən cahiliyyət dövrünə geri qaytaracaqlar. Onlardan on nəfəri Bəni-
Üməyyədəndir. Digər ikisi isə onlar üçün zəmin hazırlayacaqlar. Bu ümmətin 
günahlarının bir qatı onların üzərindədir”.
Oradakılar dedilər: “Ya Əbul-Həsən! Allah sənə rəhm eləsin, bağışla-
sın! Nəsihətinə və sözünün gözəlliyinə görə mükafatların ən üstünü ilə bizim 
tərəfi mizdən səni mükafatlandırasın!”


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin