84
Suleym ibn Qeys Hilali
HƏDİS 13
Səhhakın oğlunun zamanında beytul-mal
Aban Süleymdən nəql edir: “Əbul-Muxtar adında bir nəfər Səhhakın oğlu-
na aşağıdakı məzmunda bir şeir oxudu:
Məgər möminlərin əmirinə məktub gəlib çatmadımı
Belə ki, sən mal və əmrdə Allahın əminisən!
Sən bizim üzərimizdə Allahın əminisən!
Kim insanların
Rəbbinin əmini olsa, qəlbim ona təslimdir.
Kəndli və şəhərlilərə izn vermə ki,
Allahın malını qırmızı yeməklərə xərcləyərək xəyanət etsinlər.
Onların
zənginlərinə elçi göndər
mallarını paylaş (yarısını onlardan götür).
(Bir çox zəngin tayfa və şəxslərin adlarını çəkir)
Onların anbarlarında olduqca çox mal saxlanır.
Bizdə onlar kimi döyüşürük.
Halbuki onların malları var,
Amma bizim heç nəyimiz yoxdur”.
Ğəllab Misri cavabında dedi:
Əbul-Muxtara çatmadımı ki, mən yanına gəldim
Nə qohumuyam,
nə də kürəkəni
Mənim yanımda miras da yoxdur ki, onu vərəsə edim.
Nə sədəqəm, nə də çox pulum var.
Lakin hər mağaraya tərəf dayanmadan qaçmışam.
Qaranlıqların arxasında ölümədək səbrim var.
İmkanlar sinəmi örtər, getməsi isə
məni möhnətə salıb kasıblığa düçar edər.
İşçilərinin pulunun yarısını müsadirə edilməsi
Süleym deyir: “Səhhakın oğlu o il Əbul-Muxtarın
şeirinə görə bütün
valilərdən mallarının yarısını müsadirə etdi. Amma vali olmasına baxmayaraq
Ali-Muhəmmədin sirləri
85
ondan Qunfuz Ədvidən heç bir şey almadı. Ondan alınan iyirmi min dinarı da
geri göndərdi. Hətta 1/10 və ya 1/10 yarısını belə ondan müsadirə etmədi!
Mallarının yarısı alınanlardan biri də Bəhreyndə vali olan Əbu Hüreyrə idi.
Onun mallarının saydırmış, iyirmi dörd min dirhəm
mala sahib olduğu məlum
olmuş və həmin malların yarısını müsadirə etmişdi”.
Dostları ilə paylaş: