Ali-Muhammedin sirleri indd


Əmirəl-möminin (ə) insanların bidətlərə meyl etməsinə



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə67/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   63   64   65   66   67   68   69   70   ...   227
AliMuhemmedin sirleri

87
Əmirəl-möminin (ə) insanların bidətlərə meyl etməsinə 
təəccüb edir
Sonra Əli (ə) üzünü oradakılara tutub dedi: “Bu qövmə təəccüb edilməlidir 
ki, Peyğəmbərlərinin (s) sünnəsinin bir-bir və fəsil-fəsil dəyişdirildiyini 
gördükləri halda buna razı olurlar və inkar etmirlər. Nəinki, hətta dinə son-
radan gətirilən bidətləri müdafi ə edərkən qəzəblənirlər, onları məzəmmət və 
inkar edənləri isə qınayırlar. Bizdən sonra bir qövm gələcək və dinə sonra-
dan gətirikləri bidətlərə, zülmlərə və uydurulmuş şeylərə itaət edəcəklər. Dinə 
gətirdikləri yenilikləri sünnə hesab edəcək və onlarla Allaha yaxınlaşmaq 
istəyəcəklər. 
İbrahim məqamının cahiliyyə dövründəki yerinə 
qaytarılması
Necə ki, İbrahim məqamını Peyğəmbərin (s) qoyduğu yerdən götürüb 
cahiliyyə dövründəki yerə qaytardılar.
1
Peyğəmbərin (s) sa` və mudd ölçülərinin dəyişdirilməsi
Həmçinin onun etdiyi dəyişiklərdən biri də Peyğəmbərin (s) sa’ və mudd 
ölçü vahidlərinin dəyişdirməsidir. Vacib və sünnələr buna əsasən ölçülürdü. 
Səhhakın oğlunun ölçü vahidlərini artırması yalnız pis nəticələr verdi. Çünki 
and və ziharın kəffarəsi olan taxılın vacib olan miqdarı miskinlərə verilirdi. 
Peyğəmbər də (s) buyurmuşdu: “İlahi, sa` və muddumuzu bizə bərəkət et!” 
Camaat isə buna qarşı çıxmadılar, əksinə razı olub, qəbul etdilər.
Fədəyin qəsbi
Həmçinin yoldaşı ilə birlikdə Fədəyi qəsb etmələri. Fədək Fatimənin əlində 
idi. Peyğəmbərin (s) sağlığında onun məhsullarından istifadə edirdi. Fatimənin 
əlində olduğu halda mülkiyyət hüququ üçün ondan şahid gətirməsini istədi, nə 
1
“Biharul-ənvar” kitabında (c.8, səh.287 (köhnə çap)) İmam Hüseyndən (ə) nəql edilir: “İb-
rahim peyğəmbərin (ə) məqamı Kəbə divarının yanında idi. Cahilliyə dövründə onu hazırda 
durduğu yerə köçürdülər. Peyğəmbər (s) Məkkəni fəth etdikdə onu İbrahimin (ə) qoyduğu 
yerə qaytardı. Məqam orada Səhhakın oğlu xəlifəliyi gələnə qədər qaldı. Bir gün camaatdan 
soruşdu: “Kim İbrahim məqamının əvvəlki yerini bilir?” Bir nəfər dedi: “Mən bir iplə onun 
məsafəsini ölçmüşdüm. O ip indi də yanımdadır”. Səhhakın oğlu dedi: “Onu mənə ver”. İpi 
gətirdi və məsafəni ölçüb yenidən cahiliyyə dövründəki yerinə qaytardılar!”
Yəqubi özünün “Tarix” kitabında bunu qeyd edib (c.2, səh.149, bu hicrətin 17-ci ilində baş 
vermişdir).


88
Suleym ibn Qeys Hilali
Fatimənin və nə də Ümmü Əymənin sözünü təsdiq etmədi. Halbuki Fədəyin 
Fatiməyə məxsus olduğunu (bizim bildiyimiz kimi) o da yəqin olaraq bilirdi. 
Sahib olduğu halda ondan şahid gətirməyi tələb etməsi və onu bu məsələdə 
ittiham əsla caiz deyildi. Camaat onun bu işindən məmnun oldular və onu 
tərifl ədilər. Dedilər: “Onu bu işi görməyə təqva və fəzilət məcbur etmişdir”.
Sonra pis işlərini gözəl göstərmək üçün sözlərindən dönüb dedilər: 
“Fatimənin heç vaxt haqdan başqa bir şey söyləmədiyini düşünürük və Əli də 
daim haqq olaraq şahidlik etmişdir. Əgər Ümmü Əymənlə birlikdə başqa bir qa-
dın da şahid olsaydı Fədəyi ona verərdik”. Bununla cahillərin yanında hörmət 
qazandılar. Onlar kimdirlər və kim onlara əmr edib ki, hakim olub insanlara 
nəyisə verib və ya məhrum etsinlər?! Amma ümmət bu iki nəfərə mübtəla oldu. 
Onlar da özlərini haqları və savadları çatmayan bir işə daxil etdilər. Fatimənin 
(s.ə.) əlində olduğu halda yaşlı səhabə Fədəyi onun əlindən almaq istədikdə 
Fatimə (s.ə.) dedi: “Məgər bu (hazırda) mənim əlimdə deyil? Əlimdə olarkən 
heç vəkilim də yox idi! Həmçinin Peyğəmbər (s) sağ ikən onun məhsulundan 
mən istifadə etmirdimmi?! Onlar dedilər: “Bəli”. Fatimə (s.ə.) dedi: “Bəs niyə 
mənim əlimdə olan bir şey üçün məndən şahid və dəlil istəyirsiniz?” Dedilər: 
“Çünki müsəlmanların qənimətidir. Əgər şahid gətirsən sənə verəcəyik. Əks 
halda təsdiqləməyəcəyik!”
Camaat onların ətrafında dayanıb eşitdiyi halda Fatimə (s.ə.) dedi: “Pey-
ğəm bərin (s) verdiklərini geri qaytarmaqla bu işi yalnız bizə aid edirsiniz, yox-
sa bütün müsəlmanlardan tətbiq edəcəksiniz? Ey camaat! Bu ikisinin görmək 
istədiyi işi eşidin. Əgər mən müsəlmanların əlində olan malların mənim oldu-
ğunu iddia etsəm, fi kriniz necə olar? Bu zaman məndən şahid istəyəcəksiniz, 
yoxsa onlardan?” Onlar dedilər: “Əlbəttə ki, səndən istəyəcəyik”. 
Fatimə (s.ə.) dedi: “Bəs müsəlmanlar mənim əlimdə olan bir şeyin onlara 
məxsus olduğunu iddia etsələr necə, onlardan dəlil və şahid istəyəcəksiniz, yox-
sa məndən?” Səhhakın oğlu bunu eşidib qəzəbli halda dedi: “Bu müsəlmanların 
qəniməti və torpağıdır. Fatimənin əlindədir və onun məhsulunu yeyir. Əgər 
Peyğəmbərin bu qəniməti və onun hüququnu müsəlmanların arasından yalnız 
ona bağışladığına dəlil gətirsə, o zaman baxarıq!”
Fatimə (s.ə.) dedi: “Mənə yetər! Ey camaat, Allahı sizə şahid tuturam! 
Peyğəmbərin (s) “Qızım Fatimə Cənnət qadınlarının seyyidəsidir” dediyini 
eşitməmisiniz?! Dedilər: “Allaha and olsun, bunu Peyğəmbərdən (s) eşitmi-
şik”. Fatimə (s.ə.) dedi: “Məgər Cənnət qadınlarının seyyidəsi yalandan iddia 
irəli sürüb haqqı olmayan şeyi alarmı?! Məgər dörd nəfər mənim əxlaqsızlıq 


Ali-Muhəmmədin sirləri
89
etdiyimə və ya iki nəfər oğurluq etdiyimə şahidlik etsə onların mənim əleyhimə 
olan sözlərini qəbul edəcəksiniz?”
Bu zaman yaşlı səhabə susurdu. Lakin Səhhakın oğlu dedi: “Bəli, sənə 
hədd cəzası da tətbiq edərik!”
Fatimə (s.ə.) dedi: “Muhəmmədin (s) dinində olmadığını təsdiq edirsənsə, 
o zaman yalan danışdın və rəzil oldun! Cənnət qadınlarının seyyidəsinin 
əleyhinə şahidliyi qəbul edən və ya ona hədd tətbiq edən lənətlənmişdir, Al-
lahın Muhəmmədə (s) nazil etdiyinə qarşı kafi r olmuşdur. Çünki “Allahın 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin