96
Suleym ibn Qeys Hilali
Allahın nurunu ağızlarınızla söndürmək istəyirsiniz? Müşriklərin xoşuna
gəlməsə belə Allah Öz nurunu tamamlayacaq. Allah düşmənləri qardaşımın nu-
runu söndürmək istəyirlər, amma Allah nurunun sönməsinə izin verməz.
Ey insanlar! Burada olanlar sözlərimi olmayanlara çatdırsın. İlahi,
onlara
şahid ol!
Ey insanlar! Allah üçüncü dəfə nəzər salıb məndən sonra Əhli-Beytimdən
olan on iki xəlifə seçdi ki, onlar ümmətimin seçilmiş şəxsləridir. Qardaşımdan
sonra bir-birinin ardınca on bir imam var. Onlardan biri ölsə özündən sonrakı
onun yerinə keçəcək. Onlar göydəki ulduzlar kimidirlər. Bir ulduz batsa baş-
qa bir ulduz doğar. Çünki onlar hidayət olmuş və hidayət edən imamlardır.
Hiyləgərlərin hiyləsi və onları alçatmaq istəyənlərin alçaqlıqları onlara əsla
zərər verməz. Əksinə onlara qarşı hiylə və alçaltmaların zərərini Allah hiyləgər
və alçaqların özlərinə qarşı çevirər.
Onlar Allahın yer üzündəki höccətləri və məxluqları üzərindəki şahidləridir.
Onlara itaət edən Allaha itaət etmiş və onlara qarşı çıxan Allaha qarşı çıxmışdır.
Onlar Quranla və Quran da onlarladır. Kövsər hovuzunda mənə qovuşanadək
nə onlar Qurandan və nə də Quran onlardan ayrılmaz.
İmamların birincisi onların ən yaxşısı olan qardaşım Əlidir.
Sonra oğlum
Həsən və ondan sonra oğlum Hüseyndir. Sonra Hüseynin övladlarından doqquz
nəfərdir. Onların anası qızım Fatimədir. Allahın salavatı onlara olsun. Onlar-
dan sonra ən yaxşılar əmim oğlu və qardaşımın qardaşı Cəfər ibn Əbu Talib və
əmim Həmzə ibn Əbdül-müttəlibdir.
Bilin və agah olun ki, mən Muhəmməd ibn Abdullaham. Rəsul və nəbilərin
ən yaxşısıyam. Qızım Fatimə Cənnət qadınlarının seyyidəsidir. Əli və vəsilər
olan övladları vəsilərin ən yaxşılarıdırlar. Əhli-Beytim
peyğəmbərlərin əhli-
beytlərinin ən yaxşısıdır. Bu iki oğlum da Cənnət cavanlarının ağalarıdır.
“Ey insanlar! Siz mənim şəfaətimi dilədiyiniz halda Əhli-Beytim ondan
məhrummu qalacaq?! Günahlarının sayı dənizdəki çınqıl və qum dənələri qədər
olsa belə babam Əbdülmüttəlibin nəslindən olub, tövhidə inanaraq heç bir şərik
qoşmadan Allahın hüzuruna gələn hər bir şəxsi Allah Cənnətə daxil edəcək”.
Ey insanlar! Mən həyatda ikən və öldükdən sonra Əhli-Beytimi uca tutun,
onlara hörmət edin və fəzilətli bilin. (Ehtiram olaraq) Əhli-Beytimdən
başqa bir
şəxs üçün oturduğu yerdən qalxmaq heç kimə halal deyil. Mən Cənnət qapısı-
nın halqasından tutsam, Allah Təbərak və Təala mənə təcəlla etsə, mən səcdəyə
düşsəm və mənə şəfaət izni versə, heç kimi Əhli-Beytimdən önə keçirmərəm.
Ey insanlar! Mənim hansı nəsəbdən olduğumu söyləyin?” Ənsardan bir
nəfər ayağa qalxıb dedi: “Allahın və Peyğəmbərinin qəzəbindən Allaha pənah
Ali-Muhəmmədin sirləri
97
aparırıq. Ey Allahın peyğəmbəri! Əhli-Beytin barədə
sənə kimin əziyyət et-
diyini söylə, boynunu vuraq ki nəsli təmizlənsin!” Buyurdu: “Mənim nəsil
şəcərəmi söyləyin. Mən Muhəmməd ibn Abdullah ibn Əbdülmüttəlib ibn Ha-
şim...” Ta ki, Nizara qədər nəslini saydı və sonra İbrahim Xəlilullahın (ə) oğlu
İsmayıla (ə) qədər davam etdi
1
. Sonra buyurdu: “Mən və Əhli-Beytim Ərşin
altında pak torpaqdan xəlq olunmuşuq. Adəmə qədər nəslimiz nikahlıdır, əsla
zinakar olmayıblar və cahiliyyə nikahı bizə bulaşmayıb.
Dostları ilə paylaş: