Peyğəmbərin (s) onların nəsil və aqibətləri barədə sözləri Məndən soruşun, Allaha and olsun ki, elə bir kəs yoxdur ki, anasını, atasını
və nəslini məndən soruşsun və mən cavab verməyim!”
Bir nəfər ayağa qalxıb dedi: “Mənim atam kimdir?” Peyğəmbər (s) bu-
yurdu: “Sənin atan adı ilə çağırıldığın fi lan şəxsdir”. Həmin şəxs Allaha həmd
və səna edib dedi: “Əgər məni ondan başqasına nisbət versəydin, yenə razı və
təslim olacaqdım”. Başqa bir nəfər ayağa qalxıb dedi: “Mənim atam kimdir?”
Peyğəmbər (s) buyurdu: “Sənin atan fi lan şəxsdir (indiyədək adı ilə çağırıl-
dığından fərqli bir ad dedi). Həmin şəxs bunu eşidib mürtəd oldu (İslamdan
döndü). Sonra başqa bir nəfər ayağa qalxıb dedi: “Mən Cənnət əhliyəm, yoxsa
cəhənnəm?” Peyğəmbər (s) buyurdu: “Cənnət əhlisən”. Digər bir nəfər də aya-
ğa qalxdı və dedi: “Bəs mən, Cənnət ya cəhənnəm əhliyəm?” Peyğəmbər (s)
buyurdu: “Cəhənnəm əhlisən”.
Peyğəmbərin (s) mübarək hüzurunda xəyanətdən imtina Sonra Peyğəmbər (s) qəzəbli halda dedi: “Niyə Əhli-Beytimin ən yaxşı-
sı, qardaşım, vəzirim, varisim, vəsim, ümmətim üzərində xəlifəm və məndən
sonra hər bir möminin mövlasına (Əliyə) söz atan o adam ayağa qalxıb atası-
nın kim olduğunu və yerini soruşmur? Cənnət, yoxsa cəhənnəm əhli olduğunu
bilmək istəmir?”
Səhhakın oğlu ayağa qalxıb dedi: “Allahın və Peyğəmbərinin qəzəbindən
Allaha pənah aparıram. Ey Allahın peyğəmbəri, bizi bağışla, Allah da səni ba-
ğışlasın. Bizim tövbəmizi qəbul et ki, Allah da sənin tövbəni qəbul etsin. Bizim
əməllərimizin üstünü ört ki, Allah da sənin əməllərini örtsün. Bizdən xoşluqla
əl çək ki, Allah sənə salamını göndərsin!”
Peyğəmbər (s) həya etdi və özünü saxladı.
1
“Biharul-ənvar”da (c.15, səh.107) Peyğəmbərin (s) nəsil şəcərəsi Adəmə (ə) qədər zikr edilir.