Ali-Muhammedin sirleri indd


Suleym ibn Qeys Hilali Abbasın malının zəkatında Peyğəmbərə (s) etiraz



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə75/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   71   72   73   74   75   76   77   78   ...   227
AliMuhemmedin sirleri

98
Suleym ibn Qeys Hilali
Abbasın malının zəkatında Peyğəmbərə (s) etiraz
Əli (ə) dedi: “Peyğəmbər Abbasın malından zəkatını almaq üçün Səhhakın 
oğlu göndərdikdə o qayıdıb dedi: “Abbas malının zəkatını vermir”. Peyğəmbər 
(s) qəzəblənib buyurdu: “Allaha həmd olsun ki, biz Əhli-Beyti çirklətmək 
istədikləri şeylərin şərindən qorumuşdur! Abbas malının zəkatını götürməyə 
mane olmamışdı, əksinə sən onun haqqında hökm verməkdə tələsmisən. O 
bir neçə ilin zəkatını qabaqcadan ödəyib”. Bu hadisədən sonra Səhhakın oğlu 
mənim yanıma gəldi və onunla birlikdə Peyğəmbərin (s) yanına gedərək ondan 
razı olması üçün şəfaətçi olmağımı istədi. Mən də bunu etdim”.
Münafi qin cənazəsinə namaz qılarkən Peyğəmbərə (s) 
etiraz
Abdullah ibn Ubey Səlulun cənazə namazını qılmaq üçün Peyğəmbər (s) 
qabağa keçərkən Səhhakın oğlu onun paltarından tutub özünə tərəf çəkdi və 
dedi: “Allah sənin ona namaz qılmağını qadağan edib. Onun üçün namaz qıl-
mağın düzgün deyil!” Peyğəmbər (s) ona dedi: “Vay olsun sənə! Mənə əziyyət 
etdin! Mən onun oğluna olan ehtiramıma görə namaz qıldım. Bu namaza görə 
övladlarından və ailəsindən yetmiş nəfərin müsəlman olacağına ümid edirəm. 
Sən namazda nə dediyimi haradan bilirsən?! Mən ona bəddua edirdim!”
1
Hüdeybiyyə sülhündə Peyğəmbərə (s) etiraz
Səhhakın oğlu Hüdeybiyyə
2
 sülhü imzalandığı gün Peyğəmbərə (s) etiraz 
etdi və Peyğəmbər (s) cavabında ona dedi: “Dinimizdə rəzalətə düşək?” Sonra 
1
“Biharul-ənvar”da (c.8, səh.200 (köhnə çap)) rəvayət edilir: Münafi qlərin başçılarından olan 
Abdullah ibn Ubey Mədinəyə qayıtdıqda xəstə idi. Oğlu Abdullah mömin şəxs idi. Atasının 
can verdiyini görüb Peyğəmbərin (s) yanına gəldi və dedi: “Ey Allahın Peyğəmbəri! Atam, 
anam sənə fəda olsun! Əgər sən atamın cənazəsinə gəlməsən bu bizim üçün böyük bir ar sa-
yılacaq”. Peyğəmbər (s) gəlib evə daxil oldu. Evdə münafi qlər də toplaşmışdılar. Abdullahın 
oğlu dedi: “Ya Peyğəmbər, atam üçün bağışlanma dilə!” Peyğəmbər (s) də onun üçün istiğfar 
etdi. Səhhakın oğlu buna etiraz etdi. 
Daha sonra dəfni üçün Peyğəmbər (s) gəldikdə Səhhakın oğlu yenə etiraz etdi. Peyğəmbər (s) 
isə onun üçün bəddua elədiyini bildirib buyurdu: “Mən belə dua elədim: “İlahi, onun qəbrini 
və qarnını odla doldur, oda daxil elə!”
2
“Biharul-ənvar”da (c.20, səh.334) Hüdeybiyyə sülhünün şərtlərində belə nəql olunur: “Əgər 
bizdən biri sənin dinində olduğu halda yanına gəlsə, onu bizə qaytaracaqsan. Əgər sizdən biri 
bizə gəlsə, onu qaytarmayacağıq”. Müsəlmanlar dedilər: “Sübhanallah! Müsəlman bir şəxsi 
müşriklərə necə qaytaracağıq?!” Peyğəmbər (s) buyurdu: “Bizdən onların yanına gedən kəsi 
Allah uzaqlaşdırır, onlardan bizə gələni isə onlara qaytaracağıq. Əgər Allah onun qəlbində 
İslamı görsə, mütləq onun üçün bir yol açacaq...”.


Ali-Muhəmmədin sirləri
99
Peyğəmbərin əsgərlərinin arasında dolaşır, onları şübhəyə salır, əsəbiləşdirir 
və “dinimizdə rəzalətə düşək?” deyirdi. Peyğəmbər (s) buyurdu: “Məndən 
uzaqlaşın! Müqaviləmi pozmağımı istəyirsiniz? Mən onlarla imzaladığım əhdə 
vəfa edəcəyəm. Ey Suheyl! Əbu Cəndəlin əlini tut!” Süheyl onu tutub dəmir 
zəncirlə möhkəm bağladı. Sonra Uca Allah Peyğəmbərin (s) işini xeyirli aqibət
düzgünlük, hidayət, izzət və fəzilətlə başa vurdu.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin