Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə76/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   72   73   74   75   76   77   78   79   ...   227
AliMuhemmedin sirleri

Qədir Xum günü etiraz
Qədir Xum günü Peyğəmbər məni vilayətimi bəyan etdikdə Səhhakın oğlu 
belə dedi: “Əmisi oğlunu ucaltmaqdan heç əl çəkmir!” O biri isə (Yaşlı səhabə) 
dedi: “Əmisi oğlunun biləyini qaldırmaqdan yorulmur!” Mən təyin olundu-
ğum zaman dostuna dedi: “Bu həqiqətən ehtiramdır”. Dostu onun üzünə sərt 
nəzərlərlə baxıb dedi: “Xeyr, Allaha and olsun ki, heç vaxt onun sözünə qulaq 
asmayacağam və itaət etməyəcəyəm. Sonra ona söykəndi və qürurlu şəkildə 
yola düşüb getdilər. Allah onun haqqında bu ayəni nazil elədi: “Beləliklə, o nə 
(Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, 
(ondan) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay 
sənin halına, vay! Yenə də vay sənin halına, vay!”
1
İmam Əli (ə) xəstələnərkən etiraz 
O, Peyğəmbər (s) və səhabələrlə birgə xəstələndiyim vaxt mənə baş çəkməyə 
gəlmişdilər. Yaşlı səhabə ona gözü ilə işarə etdi, yerindən qalxıb dedi: “Ey Alla-
hın peyğəmbəri! Sən Əli barədə bizdən möhkəm bir əhd aldın. Amma görürəm 
ki, onun vəziyyəti yaxşı deyil. Əgər ölsə kimə müraciət edək?” Peyğəmbər (s) 
buyurdu: “Otur!” Bunu üç dəfə təkrarladı. Peyğəmbər (s) üzünü onlara tutub 
dedi: “Belə düşünün! Allaha and olsun ki, o, bu xəstəlikdən ölməyəcək. Allaha 
and olsun ki, siz onu qəzəbləndirib, zülm edib əhdinizi pozana, onu səbirli və dö-
zümlü gördüyünüz müddətdə də ölməyəcək. Sizdən bir-birinin ardınca pisliklər 
görəndə də ölməyəcək. O, yalnız şəhid olaraq və qətl yetirilərək öləcək”.
3. İmam Əlinin (ə) xilafəti barədə höccətin 
tamamlanması
Və bunların hamısından daha böyüyü isə budur: Peyğəmbər (s) bir gün 
ərəblərdən qırx və əcəmilərdən də qırx nəfər olmaqla səksən nəfəri topladı. Bu 
ikisi də onların arasında idi. Onlar məni Möminlərin-əmiri olaraq salamladılar. 
1
“Qiyamə” surəsi, ayə 31-35.


100
Suleym ibn Qeys Hilali
Peyğəmbər (s) buyurdu: “Mən sizi Əlinin mənim qardaşım, vəzirim, varisim, 
ümmətim üzərində xəlifəm və məndən sonra hər bir möminin mövlası oldu-
ğuna şahid tuturam. Onun sözünü dinləyin və itaət edin. Onların arasında o üç 
nəfər, Təlhə, Zübeyr, Sad, Əbdürrəhman ibn Ovf, Əbu Ubeydə, Salim, Muaz 
ibn Cəbəl və ənsardan bir dəstə adam da vardı. Peyğəmbər (s) sonra buyurdu: 
“Allahı sizə şahid tuturam!”

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin