Ali-Muhammedin sirleri indd



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə78/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   74   75   76   77   78   79   80   81   ...   227
AliMuhemmedin sirleri

101
* * *
Əffanın oğlunun bu məsələdə vəziyyəti o ikisindən daha yaxşı idi.
Bir vaxtlar söylədiyi sözlərə görə ona qarşı yaxınlıq hiss etmişdim və həmin 
sözləri məni təəccübləndirmişdi. Bir gün mən Əffanın oğlunun evində, onun ya-
nında oturmuşdum. Aişə və Həfsə gəlib Peyğəmbərin (s) Osmanın əlində olan 
mal və ərazilərindən öz paylarına düşən miraslarını istədilər. Əffanın oğlu dedi: 
“Allaha and olsun, xeyr! Nə mənim yanımda ehtiramınız var, nə Peyğəmbərdən 
sizə çatacaq bir şey var! Amma şahidliyinizi öz əleyhinizə qəbul edəcəyəm. Siz 
ikiniz atanızın yanında Peyğəmbərin (s) belə dediyini eşitdiyinizə şahidlik et-
diniz: “Peyğəmbər miras buraxmaz. Hər nə qoyub getsə, sədəqədir”. Sonra siz 
öz sidiyi ilə yuyunan Malik ibn Ovs ibn Hədsan adlı bir bədəvini tapıb şahidlik 
etməsi üçün ona təlqin etdiniz. Peyğəmbər səhabələrindən, mühacir və ənsardan
siz və bu bədəvidən başqa bir nəfər belə buna şahidlik etmədi. Amma Allaha and 
olsun, onun Peyğəmbərə (s) yalan isnad etdiyinə şübhəm yoxdur və siz də onunla 
birlikdə Peyğəmbərin adından yalan uydurdunuz. Amma mən şahidliyinizi özü-
nüzün əleyhinə qəbul edirəm. Gedin! Sizə çatacaq bir haqq yoxdur!”
Onlar Əffanın oğluna nifrin və təhqir edərək yanından ayrıldılar. Əffanın 
oğlu dedi: “Geri dönün! Siz Əbu Bəkrin yanında buna şahidlik etmədinizmi?” 
Onlar dedilər: “Bəli”. Əffanın oğlu dedi: “Əgər şahidlik etdiyiniz məsələ doğru-
dursa, o zaman mənim yanımda sizə çatacaq heç bir haqq yoxdur. Əgər yalana və 
batilə şahidlik etmişsinizsə Allahın, Peyğəmbərin, mələklərin və bütün insanların 
lənəti sizə və bu Ev əhlinə qarşı sizin şahidliyinizi qəbul edənlərə olsun!”
İmam Əli (ə) dedi: “Sonra Əffanın oğlu mənə baxdı, gülümsədi və dedi: 
“Ey Əbul-Həsən! Bu ikisi barəsində dərdinə şəfa oldumu?” Dedim: “Allaha 
and olsun, bəli. Məsələni bəyan etdin və haqqı söylədin. Allah onlardan başqa-
sının burnunu yerə sürtməsin!”
Bu vaxt Əffanın oğluna yaxınlıq hiss etdim. Bilirdim ki, o, bununla mənim 
razılığımı qazanmaq istəyirdi. Qohumluq baxımdan bizə o ikisindən daha ya-
xın idi və o ikisinə nisbətdə bizdən daha çox çəkinirdi. Hərçənd onun nə üzrü, 
nə bizim üzərimizdə hökm etmək üçün bir dəlili və nə də haqqımızı (xəlifəlik) 
iddia etməyə bir höccəti var!”



Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin