Ali-Muhammedin sirleri indd


Allahın Fatiməyə (ə) ikramı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə8/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   4   5   6   7   8   9   10   11   ...   227
AliMuhemmedin sirleri

15
Allahın Fatiməyə (ə) ikramı
Ey qızım, məgər bilmirsən ki, ümmətimin və Əhli-Beytimin ən xeyirlisi ilə 
səni evləndirməyi Allahın sənə olan ikramıdır?! Qardaşım ümmətimin sülhdə 
ən öndə olanı, ən əzəmətli helm sahibi, ən elmlisi, ən möhtərəm nəfs sahibi, ən 
doğru danışanı, ən şücaətli qəlb maliki, ən səxavətlisi, dünyada ən zahidi və 
cihadda ən güclüsüdür”. 
Peyğəmbərin söylədiklərindən Fatimə (ə) sevindi.
Əmirəl-mömininin (ə) üstün xüsusiyyətləri
Sonra Peyğəmbər (s) ona dedi: “Həqiqətən də, Əli ibn Əbu Talibin səkkiz 
üstün xüsusiyyəti vardır ki, insanlardan heç birində yoxdur:
Hər kəsdən öncə Allaha və rəsuluna iman gətirib, ümmətimdən heç kim bu 
işdə ondan önə keçməyib. Allahın kitabının və sünnətimin bütün elmini bilir, 
ərindən savayı ümmətimdən heç kim onların hamısının elminə sahib deyil. Çün-
ki Allah mənə yalnız mənim və onun biləcəyi elmləri öyrətdi, hətta bu elmləri 
mələklərinə və rəsullarına belə öyrətməyib. Bu elmləri mənə öyrətdi və bunları 
Əliyə də öyrətməyimi mənə əmr etdi. Mən də bu əmri yerinə yetirdim. Ondan 
başqa ümmətim arasında bütün elmimi, fəhmimi və fi qhimi bilən yoxdur. 
Ey qızım, sən onun zövcəsisən, onun iki övladı - nəvələrim Həsən və Hü-
seyn bu ümmətin nəvələridir. Əli ümməti yaxşılıqlara dəvət edən və pisliklərdən 
çəkindirəndir. Həqiqətən də Uca Allah ona hikmət və fəsahətli xitab bəxş edib.
Əhli-Beytin (ə) məxsus üstünlüklər
Ey qızım, biz bir Əhli-Beytik ki, Uca Allah bizə yeddi xüsusiyyət bəxş 
etmişdir, nə əvvəldəkilər, nə də sonradakılar bu xüsusiyyətlərə sahib deyillər: 
mən nəbi və rəsulların ağası və ən xeyirlisi, vəsim isə vəsilərin ən yaxşısıdır, 
məndən sonrakı vəzirlər də vəzirlərin ən xeyirliləridir, şəhidimiz isə şəhidlərin 
ən xeyirlisidir, yəni əmim Həmzə.
Dedim: Ey Allahın elçisi! Sizinlə birgə savaşan şəhidlərin ağasıdır?
Dedi (s): Xeyr, nəbi və vəsi şəhidlərdən savayı, bütün şəhidlərin ağasıdır.
İki hicrətdə olmuş, iki qanlı qanadın qanad sahibi, cənnətdə mələklərlə 
birgə uçan Cəfər ibn Əbu Talib bizdəndir. iki oğlun Həsən və Hüseyn ümmətin 
nəvələri və cənnət cavanlarının ağalarıdır. Canım əlində olan Allaha and olsun 
ki, bu ümmətin Mehdisi də bizdəndir. Yer üzü zülm və günahla dolduğu zaman 
Allah onun vasitəsilə yer üzünü haqq və ədalətlə dolduracaq”.


16
Suleym ibn Qeys Hilali
Fatimə (ə) dedi: “Ey Allahın elçisi! Bu adlarını çəkdiklərinizdən ən 
fəzilətlisi hansıdır?”
Peyğəmbər (s) buyurdu: “Qardaşım Əli ümmətin ən fəzilətlisidir. Həmzə və 
Cəfər isə Əlidən, səndən, iki övladın Həsən və Hüseyndən, bu oğlunun (əli ilə 
Hüseynə işarə etdi) sonuncusu Mehdi olacaq vəsi övladlarından sonra ümmətin 
ən fəzilətliləridir. Əvvəldə olan sonrakından daha fəzilətlidir. Çünki əvvəldəki 
sonrakının imamı və sonrakı isə əvvəlkinin vəsisidir. Biz bir Əhli-Beytik ki
Uca Allah bizim üçün axirəti dünyaya seçmişdir. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin