108
Suleym ibn Qeys Hilali
HƏDİS 16
Hz İsanın (ə) Peyğəmbər (s), Məsum İmamlar (ə) və
zəlalət imamları barədə xəbərləri
Aban Süleymin belə dediyini nəql edir: “Möminlərin əmiri (ə)
ilə birlikdə
Siffi ndən gəlirdik. Ordu bir xristian monastırının yaxınında dayandı. Monastır-
dan əlində bir kitabla gözəl, yaraşıqlı və gözəl qamətli yaşlı bir kişi çıxıb bizə
tərəf gəldi. Möminlərin əmirinin (ə) yanına çatıb ona Peyğəmbərin (s)
xəlifəsi
ünvanı ilə salam verdi. Əli (ə) ona dedi: “Xoş gördük, ey qardaşım Şəmun ibn
Həmun! Allah sənə rəhm eləsin. Halın necədir?”
Kişi dedi: “Yaxşıyam, ey Möminlərin əmiri, müsəlmanların ağası və
Aləmlərin Rəbbinin rəsulunun vəsisi! Mən İsa ibn
Məryəmin vəsisi Şəmun ibn
Yuhənnanın nəslindənəm. O, İsa ibn Məryəmin on iki həvarisindən ən üstünü,
ən çox sevdiyi və ən fəzilətlisi idi. İsa ibn Məryəm ona vəsiyyət etdi. Kitabını,
elmini və hikmətini ona miras qoydu. Ailəsi də daim İsanın dininə sadiq qaldı.
Ayinini
icra etdilər, əsla kafi r olmadılar və dəyişmədilər.
Dostları ilə paylaş: