Ali-Muhammedin sirleri indd


Hz İsanın (ə) kitabında yazılanlar



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə86/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   82   83   84   85   86   87   88   89   ...   227
AliMuhemmedin sirleri

Hz İsanın (ə) kitabında yazılanlar
“Rəhman və Rəhim olan Allahın adı ilə! Əhməd Allahın peyğəmbəridir. 
Onun adları Muhəmməd, Yasin, Taha, Nun, Fateh, Xatəm, Haşir, Aqib və 
Mahidir. O, Allahın peyğəmbəri, dostu, həbibi, seçdiyi, əmini və xeyirlisidir. 
Allah onun səcdə edənlərin belində (peyğəmbərlərin belində nəsildən-nəsilə) 
ötürüldüyünü görüb. Onunla rəhmətilə danışar. Allah nə vaxt zikr edilsə o da 
yad edilər. O Allahın yanında məxluqatın ən hörmətlisi və ən çox sevilənidir. 
İstər müqərrəb mələklər, istər Adəmdən bəri mürsəl peyğəmbərlər olsun, Allah 
ondan daha uca və daha sevimli bir şey yaratmamışdır. Allah qiyamət günü 
onu ərşinin üzərinə oturtacaq və hər kimə şəfaət etsə qəbul edəcək. Onun 
adı və zikrilə kitabların anasında – Lövhü-Məhfuzda qələm hərəkət etmişdir. 
Muhəmməd Allahın elçisidir.
Sonra onun qardaşı qiyamətdə - böyük məhşər (toplanma) günü bayrağın 
sahibidir. O, peyğəmbərin qardaşı, vəsisi, vəziri və ümməti arasında xəlifəsidir. 
Peyğəmbərdən sonra Allahın yanında məxluqların ən sevimlisi möminlərin 
vəlisi olan Əli ibn Əbu Talibdir.
Sonra on ikilərdən birincisinin övladları olan on bir imamlar gəlir. Onlar-
dan ikisi Harunun iki oğlu Şəbər və Şübeyr ilə adaşdırlar. Doqquzu bunlar-
dan kiçiyinin övladlarıdır və o (kiçiyi) Hüseyndir. Onlar biri digərinin ardınca 
gələcəklər. Onların sonuncusunun arxasında İsa ibn Məryəmin namaz qılacaq”.
2
1
Yəni Peyğəmbərimiz (s) və on iki İmamlar (ə).
2
Kitabda yazılanlar burada başa çatdı.


110
Suleym ibn Qeys Hilali
Bu kitabda onlardan hökumət əldə edənlərin, dinlərində təqiyyə və ya iz-
har edənlərin də adları yazılmışdır. Dinini ilk zahir edəcək şəxs Allahın bütün 
şəhərlərini ədalətlə dolduracaq və şərqlə qərb arasında hakimiyyət qurub Allah 
onu bütün dinlərə qalib edəcəyi şəxsdir.
(Muhəmməd (s)) Peyğəmbər göndərildiyi zaman atam həyatda idi. Onu 
təsdiqlədi, iman gətirdi və onun peyğəmbərliyinə şahidlik etdi. Atam ayağa 
qalxmağa gücü olmayan yaşlı bir kişi idi. O ölüm yatağında ikən mənə dedi: 
“Bu kitabda adı və xüsusiyyətləri qeyd edilən Peyğəmbərin vəsisi və xəlifəsi 
sənin (monastırının) yanından keçəcək. Bu zəlalət imamlarından və atəşə dəvət 
edənlərdən fi lankəs, fi lankəs və fi lankəs öldükdən sonra olacaq. Onların adla-
rı, qəbilələri, xüsusiyyətləri və hər birinin nə qədər hakimiyyətdə qalacaqları 
bu kitabda yazılıdır. (O vəsi) Sənin yanından keçdikdə yanına get, ona beyət 
elə və onunla birgə düşmənlərilə vuruş. Çünki onunla birlikdə cihad etmək 
Muhəmmədlə birlikdə cihad etmək kimidir. Ona dost olmaq Muhəmmədə dost 
olmaq və ona düşmən kəsilmək Muhəmmədə düşmən kəsilmək kimidir.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin