Ali-Muhammedin sirleri indd


Ondan sonra ümmətin Əliyə (ə) qarşı çıxması haqda



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə9/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   5   6   7   8   9   10   11   12   ...   227
AliMuhemmedin sirleri

Ondan sonra ümmətin Əliyə (ə) qarşı çıxması haqda 
Peyğəmbərin (s) xəbəri
Sonra Peyğəmbər (s) Fatiməyə, ərinə və iki oğluna baxıb dedi: “Ey Sal-
man, Allahı şahid tuturam ki, bunlarla savaşanla savaşdayam, bunlarla sülhdə 
olanlarla sülhdəyəm. Həqiqətən də onlar mənimlə birgə cənnətdədirlər.
Sonra Peyğəmbər (s) üzünü Əliyə (ə) tutub dedi: “Ey Əli, məndən son-
ra Qüreyşdən şiddət görəcəksən, onlar sənə qarşı çıxacaq və zülm edəcəklər. 
Əgər onlara qarşı yardımın olsa, onlarla mübarizə apar və sənə qarşı çıxanlarla 
yardımçılarınla birgə savaş. Əgər yardımın olmasa, səbr elə, mübarizədən im-
tina et, özünü təhlükəyə atma. Sənin mənə olan nisbətin Harunun Musaya olan 
nisbəti kimidir. Harunda sənin üçün gözəl nümunə var. Həqiqətən də o qardaşı 
Musaya dedi: “Qövmüm məni zəifl ətdi və az qaldı ki, məni öldürsünlər”.


Ali-Muhəmmədin sirləri
17
HƏDİS 2
Peyğəmbərdən (s) sonra ümmətin Əliyə (ə) qarşı 
çıxması
Süleym deyir ki, Əli ibn Əbu Talib (ə) ona dedi: Peyğəmbərlə birgə 
Mədinənin küçələri ilə gedirdik. Bir bağın yanından keçdik. Dedim: “Ey Alla-
hın elçisi, nə gözəl bağdır!” Dedi: “Bəli, nə gözəldir! Sənin cənnətdəki bağçan 
daha gözəldir”.
Sonra başqa bir bağın yanından keçdik. Dedim: “Ey Allahın elçisi, nə gözəl 
bağdır!” Dedi: “Bəli, nə gözəldir! Sənin cənnətdəki bağçan daha gözəldir”.
Beləliklə yeddi bağın yanından keçdik, hər birinin də yanından keçərkən 
“Ey Allahın elçisi, nə gözəl bağdır!” dedim, o isə: “Bəli, nə gözəldir! Sənin 
cənnətdəki bağçan daha gözəldir” cavabını verdi.
Yalqız və tənha şəhid İmam Əli (ə)
Yolun sonuna çatdıqda məni qucaqladı, gözləri yaşla dolmuş və hər an 
hönkür-hönkür ağlayacaq kimi bir halda dedi: “Tənha şəhidə atam fəda ol-
sun!” Dedim: “Ey Allahın elçisi! Niyə ağlayırsan?” Dedi: “Bir dəstə insanın 
qəlbindəki sənə qarşı olan nifrət yalnız mənim ölümümdən sonra zahir olacaq. 
Onlarda Bədrin qəzəbi və Ühüdun heyfi var”.
Dedim: “(Həmin vaxt) dinim salamatda olacaq?” Dedi: “Bəli, dinin sala-
matda olacaq”.

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin