Ali-Muhammedin sirleri indd


Fitnələr necə meydana çıxır



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə93/227
tarix13.02.2023
ölçüsü1,7 Mb.
#123360
1   ...   89   90   91   92   93   94   95   96   ...   227
AliMuhemmedin sirleri

Fitnələr necə meydana çıxır
Fitnələrin meydana gəlməsinin başlanğıcı istəklərə tabe olmaq və uydur-
ma hökmlərdir. Bu ikisi ilə Allahın hökmlərinə qarşı çıxarlar. Bu hökmlərə 
görə bəziləri bəzilərini özünə rəhbər bilər və bəziləri də bəzilərindən uzaqla-
şarlar. Bilin ki, əgər haqq xalis olsa onda ixtilaf olmaz, əgər batil xalis olsa 
ağıl sahibinə gizli qalmaz. Amma bir miqdar haqdan və bir miqdar da batildən 


118
Suleym ibn Qeys Hilali
götürülüb qarışdırılar və onu birgə hesab edirlər. Bu zaman Şeytan dostlarına 
müsəllət olur və bizim tərəfi mizdən barələrində yaxşılıq təqdir edilənlər nicat 
tapırlar.
Mən Peyğəmbərin (s) belə dediyini eşitdim: “Uşaqların böyüdüyü və 
böyüklərin qocaldığı bir fi tnə sizi əhatə etdikdə vəziyyətiniz necə olacaq?! Ca-
maat onu vərdişə çevirər və bir sünnə olaraq tətbiq edərlər. Belə ki, nə vaxt 
ondan bir şey dəyişdirilsə deyərlər: “Camaat çox pis bir iş tutdu”.
Sonra bəlalar şiddətlənəcək, uşaqlar əsir düşəcək. Fitnələr, atəş odunu ye-
diyi kimi onları yeyəcək, dəyirman buğdanı üyütdüyü kimi onları üyüdəcək. 
İnsanlar dindən başqa şeylər üçün fəqihləşəcək, əməl etməmək üçün elm 
öyrənəcək və axirət əməllərilə dünyanı qazanmağa çalışacaqlar”.
Bidətlər barədə İmamın (ə) sözləri
Sonra üzünü Əhli-Beytindən və tərəfdarlarından bir dəstə insana tutub 
dedi: “Allaha and olsun ki, məndən əvvəlki imamlar
1
Allahın Peyğəmbərinə (s) 
bilərəkdən müxalif olan böyük işlərə əl atdılar. Əgər camaatı o işləri tərk etməyə 
və indiki halından Peyğəmbərin zamanında tətbiq edildiyi şəklinə qaytarmağa 
məcbur etsəm, əsgərlərim ətrafımdan dağılar, ordumda mən və mənim fəzilət 
və vilayətimi bilən, buna da yalnız Quran və Peyğəmbərin (s) sünnəsindən 
dəlilləri olan bir qrup tərəfdarımdan başqa kimsə qalmaz.
Əgər əmr verib İbrahim məqamını Peyğəmbərin (s) qoyduğu yerə geri qay-
tarsam, Fədəyi Fatimənin varislərinə versəm, Peyğəmbərin (s) “sa’” və “mud” 
ölçü vahidlərini əvvəlki ölçülərinə çevirsəm, Peyğəmbərin (s) təyin etdiyi tor-
paqları sahiblərinə versəm, Cəfər ibn Əbu Talibin evini varislərinə qaytarsam 
və məsciddən ayırsam, məndən əvvəlki hakimlərin haqsız və zülmlə verdikləri 
hökmlərə yenidən baxsam, Xeybərin ərazilərindən paylananları geri alsam, 
bölüşdürmə divanını (Divanul-ətiyyəni) ləğv edib Peyğəmbərin (s) bölüşdürdü-
yü kimi sərvəti zənginlər arasında paylaşdırmasam
2
, Bəni-Təğlib uşaqlarını əsir 
götürsəm
3
, camaata Ramazan ayında ancaq vacib namazları cəm halda qılmağı 
1
İlk üç xəlifə.
2
“Divanul-ətiyyə” Beytul-malın bölüşdürülməsi üçün Səhhakın oğlunun əmrilə yaradılmış və 
hər bir kəsə dərəcəsinə görə pay verilməsini nəzərdə tutan bir qurumdu. Bu cür bölüşdürülmə 
Peyğəmbərin (s) zamanındakı sünnəyə zidd idi. Peyğəmbər (s) Beytul-malı müsəlmanlar ara-
sında bərabər bölüşdürürdü.
3
İmam Cəfər Sadiq (s) buyurur: “Bəni-Təğlib xristian bir tayfa idi. Təkəbbür göstərib cizyə 
verməkdən imtina etdilər. Səhhakın oğlundan onlarda cizyə tələb etməməsi xahiş etdilər 
və qarşılığında müsəlmanların ödədiklərinin iki misli zəkat ödəyəcəklərini təklif etdilər. 
Səhhakın oğluda də onların bu təklifi ni qəbul etdi. “Biharul-ənvar”, köhnə çap, c.8, s.287. 


Ali-Muhəmmədin sirləri
119
əmr eləsəm nə deyərsiniz?! Belə bir vəziyyətdə mənimlə çiyin-çiyinə savaşan 
ordumda bəziləri “Ey müsəlmanlar!” deyə fəryad qoparıb mənə “Səhhakın oğ-
lunun sünnəsini dəyişdirirsən? Bizə Ramazan ayında könüllü olaraq cəm halda 
qıldığımız namazı qadağan edirsən?” deyəcəklər. Beləliklə ordumda üsyan çı-
xaracaqlarından çəkindim.
Peyğəmbərdən sonra ixtilafl ar və oda dəvət edən zəlalət imamları tərəfi ndən 
bu ümmətdən çəkdiklərim mənə nə qədər də ağır gəlir!
Əgər Peyğəmbərin (s) yaxınlarının haqqını Allahın verilməsini əmr etdiyi 
şəxslərdən başqasına verməsəm necə?! Halbuki Allah buyurur: “Əgər siz Alla-

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   227




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin