82
Suleym ibn Qeys Hilali
o dörd nəfərin bəsirətinə sahib qırx nəfər tapsaydım onlarla döyüşməkdən
çəkinməzdim. Amma beşincini tapa bilmədim və susdum”.
Əşəs dedi: “O
dörd nəfər kimlərdir, ey Möminlərin əmiri?”
Əli (ə) dedi: “Salman, Əbu Zərr, Miqdad və mənə etdiyi beyəti o vaxt hələ
pozmamış Zübeyr. O mənə iki dəfə beyət etdi - ilk beyəti camaatın yaşlı səhabəyə
beyət etdiyi zaman idi və ona sadiq qaldı. Zübeyrin də aralarında
olduğu mü-
hacir və ənsardan qırx nəfər gəlib mənə beyət etdilər. Mən onlara səhər başları-
nı qırxılmış halda və silahları ilə birgə qapımın önünə gəlmələrini əmr etdim.
Amma bu dörd nəfərdən başqa heç biri əhdinə vəfa edib məni təsdiq etmədi.
Mənimlə ikinci beyətinə gəlincə, o və Təlhə Əffanın
oğlunun öldü rül-
məsindən sonra yanıma gəlib məcbur edilmədən və öz istəklərilə beyət etdi-
lər. Sonra
mürtəd olub, təkəbbürlə beyəti pozub, inadkarcasına dinlərindən
döndülər və zərərə uğradılar. Allahda onları öldürüb oda saldı.
Amma digər üç
nəfər – Salman, Miqdad və Əbu Zərr Allaha qovuşana qədər Muhəmmədin və
İbrahimin yolu üzərində sabit qaldılar. Allah onlara rəhm eləsin!
Ey Qeysin oğlu! Toxumu yarana və küləyi
yaradana and olsun ki, mənə
beyət edən o qırx nəfər əhdlərinə vəfa etsəydilər və səhər başlarını qırxmış hal-
da yanıma gəlsəydilər beyəti üzərimə götürmədən Əbu Bəkrlə döyüşərdim və
Allahın hüzurunda onu mühakimə edərdim. Əgər Əffanın
oğlu beyət etməzdən
əvvəl yardımım olsaydı onlarla savaşar və Allahın hüzurunda onları mühakimə
edərdim. Əbdürrəhman ibn Ovf xilafəti Əffanın oğluna verdi və ölərkən xilafəti
ona verəcəyi barədə öz aralarında şərt kəsdilər. Amma
onlara beyət etdikdən
sonra artıq onlarla savaşa bilməzdim”.
Dostları ilə paylaş: