Ali-Muhammedin sirleri indd


Qunfuzun malının müsadirə edilməməsinin səbəbi



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə114/410
tarix21.01.2022
ölçüsü1,7 Mb.
#113851
1   ...   110   111   112   113   114   115   116   117   ...   410
AliMuhemmedin sirleri

Qunfuzun malının müsadirə edilməməsinin səbəbi
Aban Süleymin belə dediyini nəql edir: “Əli (ə) ilə görüşdüm və Səhhakın 
oğlunun əncam verdiyi bu işlər barəsində soruşdum. Əli (ə) buyurdu: “Səhhakın 
oğlunun niyə Qunfuza çatdıqda malını götürmədiyini bilirsən?” Mən “Xeyr” 
dedim. Buyurdu: “Çünki mənimlə və onun arasına girdikdə Fatiməni qamçı ilə 
vuran o idi. Fatimə qolunda qolbaq şəklində qamçı izi olduğu halda dünyadan 
köçdü”.


86
Suleym ibn Qeys Hilali
HƏDİS 14
Dinə gətirilən bidətlər və etirazlar
Aban Süleymdən nəql edir: “Peyğəmbər (s) məscidində bir dəstə insan 
dairəvi  şəklində oturmuşdular. Salman, Əbu Zərr, Miqdad, Məhəmməd ibn 
Əbu Bəkr, Ömər ibn Əbu Sələmə və Qeys ibn Səd ibn Übadədən başqa hamı 
Bəni-Haşimdən idi.
1. Bidətlər
İşçilərin cərimələnməsi
Abbas Əliyə (ə) dedi: “Səhhakın oğlunun bütün işçilərini cərimələdiyi hal-
da Qunfuzu cərimələməməsi barədə rəyin nədir?” İmam Əli (ə) ətrafındakılara 
baxdı, gözləri yaşla doldu və dedi: “Səhhakın oğlu bununla Fatiməyə vurdu-
ğu qamçı zərbəsinə görə ona təşəkkür etdi. Öldükdə qolunda həmin qamçının 
bilərzik kimi izi qalmışdı”.
Bunun və ondan əvvəlki dostunun sevgisinin bu ümmətin qəlbinə 
yerləşməsi və dinə gətirdiyi bidətlərdə onlara təslim olmaları təccüb doğurur! 
Əgər Səhhakın oğlunun məmurları xəyanətkar idilərsə və əllərindəki malları 
xəyanət nəticəsində toplamışdılarsa, bu zaman onları  sərbəst buraxması ha-
lal deyildi. Müsəlmanların qəniməti olduğu üçün hamısı  əllərindən alınmalı 
idi. Bəs niyə yarısını aldı  və digər yarısını onların ixtiyarında qoydu? Əgər 
xəyanətkar deyildilərsə, bu zaman onların mallarından az, ya da çox bir şey 
götürməyə haqqı yox idi. Bəs niyə onların mallarının yarısını əllərindən aldı? 
Əgər onların malları xəyanətlə əldə olunsa belə onlar bunu inkar etdikləri hal-
da əleyhlərinə şahid gətirilmədiyi üçün onların mallarından az, ya da çox bir 
şey götürülməsi halal deyildi. Bundan daha təəccüblüsü isə yenidən onları öz 
vəzifələrində saxlamasıdır. Əgər onlar xəyanət etmişdilərsə, bu zaman onları öz 
vəzifələrində saxlamağa haqqı yox idi, əgər xain deyildilərsə, onlardan aldığı 
mallar əsla halal olmaz”.


Ali-Muhəmmədin sirləri

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin